Prezident Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni niyə indiyədək heç kimə verilməyib?

Cəmiyyət 16:44 17.07.2019

17 iyul Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin doğum günüdür. 

Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvilər dövlətinin banisi və ilk şahı olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi məhz Şah İsmayıl Xətainin hökmdarlığı dövründə istifadə olunub.

1993-cü ildə eks-prezident Əbülfəz Elçibəyin fərmanı ilə “Şah İsmayıl” ordeni təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özü statusuna görə olduqca ali hərbi təltif hesab edilir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissə və birləşmələrinin komandirləri təltif edilməlidir. Azərbaycanın ali ordenlərindən olan bu orden uzun illərdir ki, heç bir təltif siyahısında yer almır. Ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kimlərin təltif olunduğu məlum deyil. Orden Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətə, ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi xidmətə, görkəmli sərkərdəlik fəaliyyətinə, fövqəladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir.

“Şah İsmayıl” ordeninin taxılma statusu onun ali hərbi mükafat olduğunu bir daha sübut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” Qanuna görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir. “Şah İsmayıl” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “İstiqlal” ordenindən sonra taxılır. “Şah İsmayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Ordenin arxa tərəfində “Şah İsmayıl” yazılıb. Ondan aşağıda nömrəsi həkk edilib.

Maraqlıdır, görəsən, “Şah İsmayıl” ordeninin 26 il ərzində kiməsə verilməməsinin səbəbi nədir?

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı "cebhe.info"ya açıqlama verən tarixçi Dilavər Əzimli ordenin bu günə qədər heç kimə verilmədiyini və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər də verilməyəcəyini bildirib:

“1993-cü ildə “Şah İsmayıl” ordeni Əbülfəz Elçibəyin dövründə yarandı və Heydər Əliyevin dövründə tamamlandı. Bu ordeni Heydər Əliyev dönəmində də, ondan sonrakı dövrdə də heç kimə verməyiblər. Təqdim olunmama səbəbi ərazi bütövlüyünün bərpa olunmamasıdır. Hesab edirəm ki, Şah İsmayılın adına olan orden Azərbaycanın ərazi bütövlüyü bərpa olunanda ilk olaraq Ali Baş Komandana təqdim olunmalıdır. Əminəm ki, Qarabağı biz geri alandan, ərazi bütövlüyümüzü bərpa edəndən sonra bu ordenlə hərbi rütbəli şəxslər təltif olunacaqlar. Bu orden Azərbaycanda ən yüksək məqamlı ordendir. Ona görə də öz statusunu saxlayır və qəhrəmanını gözləyir”. 

26 ildir heç kəsə verilməyən “Şah İsmayıl”ordeni: Ali hərbi mükafat barədə HƏR ŞEY 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı