“S-400”ləri yaradan bu azərbaycanlıdır - FOTO | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


“S-400”ləri yaradan bu azərbaycanlıdır - FOTO

Cəmiyyət A- A A+
Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” raketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.
 
Bununla bağlı “Yeni Akit” material dərc edib.
 
Məqalədə qeyd edilir ki, Rusiyanın ən gizli şirkəti olan “Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi “S-300 Favorit” və “S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.
 
Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:
 
“İqor Aşurbəyli Rusiyada azərbaycanlı əsilli elm adamıdır. “S-300” və “S-400”ün yaradıcısıdır”.
 
Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.
 
Xatırladaq ki, Türkiyənin uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.(oxu.az)
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...