Sosial şəbəkədə məktəbin şok videosu yayıldı - VİDEO | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Sosial şəbəkədə məktəbin şok videosu yayıldı - VİDEO

Cəmiyyət A- A A+

Sosial şəbəkədə yayılan İmişli rayon Kürmahmudlu kənd tam orta məktəbin videogörüntüsü müzakirələrə səbəb olub.

Eurasia Diary xəbər verir ki, videoda danışan şəxs qəzalı vəziyyətdə olan məktəb binasının tədris üçün yararsız olduğunu bildirib. Onun sözlərinə görə, məllimlər otağı və sinif otağı qəzalı vəziyyətdədir və bu hal müəllimlərin və şagirdlərin həyatını təhlükəyə atır.

Rayon sakini yeni məktəb binasının inşa edilməsi üçün müvafiq şəxslərə müraciət edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə informasiya sorğusu göndərib.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi ilə bağlı tədbirlər planına əsasən Təhsil Nazirliyi və yerli icra hakimiyyəti Kürdmahmudlu kənd tam orta məktəbi üçün yeni binanın tikintisini həyata keçirməlidir.(bizimyol.info)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...