Komitə sədri jurnalistləri təbrik etdi | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Komitə sədri jurnalistləri təbrik etdi

Cəmiyyət A- A A+
“Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçib”.
 
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Milli Mətbuat Günü münasibəti ilə mətbuat nümayəndələrinə ünvanladığı təbrikdə deyib:
 
“Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün ölkəmizdə yüzlərlə Kütləvi informasiya vasitələri fəaliyyət göstərir və minlərlə jurnalistlər hər gün ölkə ictimaiyyətinin rifahı naminə ,cəmiyyətimizin inkişafı üçün yorulmadan çalışırlar. Bu əlamətdar gün münasibətilə mətbuat nümayəndələrini təbrik edir, Onlara can sağlığı və işlərində uğurlar diləyirik”.(modern)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...