“22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


“22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI

Cəmiyyət A- A A+

Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirilib.

PJB sədrinin müavini Aqil Aslan Eurasia Diary-ə bildirib ki, sorğuda 52 jurnalist iştirak edib.

İştirakçılar 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda Zərdabiçilik ənənələrinin qorunması, irs-varislik, peşəkarlıq və s. prinsiplərinin mühafizəsi kimi meyarlardan çıxış edərək, qalibləri – “22 iyul varisi” adına layiq olanları - müəyyənləşdiriblər.

Respondentlərin rəyi nəticəsində Azərbaycanda “22 iyul varisi” olan televiziya, agentlik, sayt, qəzet, jurnal, radio, o cümlədən qəzet, televiziya və sayt jurnalistləri müəyyənləşib.

Beləliklə, “22 iyul varisi” adına layiq görülən media qurumları və jurnalistlərin siyahısını təqdim edirik:

Telekanallardan Azad Azərbaycan Televiziyası (ATV), agentliklərdən Trend, qəzetlərdən “Türküstan”, saytlardan “Moderator.az”, jurnallardan “Ulduz”, radiolardan “ASAN RADİO”, telejurnalistlərdən REAL TV-nin əməkdaşı Ləman Əliəşrəfqızı, qəzet jurnalistlərindən “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı, sayt jurnalistlərindən “Lent.az”ın əməkdaşı Səbuhi Məmmədli “22 iyul varisi” nominasiyasının qalibi olublar.

Media qurumlarını və həmkarlarımızı təbrik edirik!

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...