Abid Şərifovdan başına gələnlərə maraqlı reaksiya: - "İstəyirsən Allahın bacısı oğlu ol..." - VİDEO | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Abid Şərifovdan başına gələnlərə maraqlı reaksiya: - "İstəyirsən Allahın bacısı oğlu ol..." - VİDEO

Cəmiyyət A- A A+
Bu gün jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər gündəm olub.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı "Unikal.org"a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:

"Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri "kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur. Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o, maşının üzərinə atlanır. Deyirsən maşının üstündən düş, düşmürdü.”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...