“İclas keçirəndə məcburən bir tərəfə yığışırıq ki, zalın orta hissəsi çökməsin” Ağdamın “didərgin məktəbləri”

Cəmiyyət 11:39 23.07.2019

“Məktəb yeni tikilib. Amma tikiləndən cəmi 1 il sonra dəhliz çöküb. İndi öz imkanlarımız hesabına onu bir təhər quraşdırmışıq. Amma qəzalı vəziyyətdədir, döşəmə dəyişdirilməlidir.

Hətta ümumi zalda iclas keçirəndə məcburən bir tərəfə yığışırıq ki, orta hissə çökməsin”.

Bu, Ağdamın bir məcburi köçkün məktəbindən epizoddur. Bir vaxtlar dövrünə görə sayılıb-seçilən bu orta təhsil müəssisələrinin hazırki durumu, yəqin ki, çoxlarına maraqlıdır. Hazırda Bakı, Mingəçevir, Ağcabədi, Bərdə, Yevlax, Tərtər, Zaqatala kimi müxtəlif ərazilərə səpələnmiş bu məktəblər keçmiş Ağdam təhsil ənənələrini nə dərəcədə davam etdirirlər?

AzEdu.az-ın “Didərgin məktəblər” rubrikası bu dəfə Ağdam məktəblərinə “səyahət edəcək”:

“Yollardakı sahibsiz itlər uşaqlara hücum edirlər”

Nemət Rüstəmli Ağdam rayon 91 nömrəli orta məktəbin direktorudur. Bu məktəb ona daha doğmadır. Çünki birvaxtlar müəllim işlədiyi məcburi köçkün məktəbinə illər sonra direktor kimi qayıdıb. O, 5 il müəllimlik etdiyi məktəbin hazırki durumunu təsvir edir:

Ağdam köçkün məktəbindən kadr

“Aprel döyüşləri və sonrakı zəlzələ nəticəsində məktəbdə böyük çatlar yaranıb. Məktəbin tavanı damır.

Əsas problem isə odur ki, burada tədris ikinövbəlidir. Dərslər saat 8-də başlandığına görə, qış aylarında keçirilən birinci saat dərsləriiflic vəziyyətinə düşür. Şagirdlərin ən yaxşı halda yarısı dərsə gəlir. Üstəlik, yollardakı sahibsiz itlər onlara hücum edirlər. Buna görə də istəyirəm ki, bu məktəb birnövbəli olsun. Bunun üçün isə 5 əlavə sinif tikilməlidir. Belə olsa, dərsimiz 9-un yarısı başladığına görə enerjiyə də qənaət etmiş olarıq. Bu, həm dövlətə xeyirdir, həm də təhsilin keyfiyyətinə təsir edər”.

Direktor bildirir ki, məktəbin olduğu qəsəbə digər kəndlərdən aralı yerləşdiyinə görə, bura müəllim cəlb etmək də müşkül məsələdir:

“Çünki qəsəbədəki məktəblərə müəllimlərin təyinat alması üçün toplamalı olduğu bal 48-dən yuxarı olur. Müəllimlər digər rayonlardan gəlməli olurlar. Onlar da gəlir, sonra biri analıq məzuniyyətinə çıxır, biri xəstələnir... Çıxıb gedir... Dərs qalır ortalıqda. Qəsəbə olmasına baxmayaraq, bura demək olar ki, kənddir. Tələb olunan ballar aşağı düşsə, bura yaxşı müəllimlər gələr. Həvəsləndirmətətbiq olunduğuna görə elə burada da qalarlar”.

“Yağış yağanda məktəb binasına vedrələr sıra ilə düzülür”

Məktəbin təmir və təchizatından söz düşəndə də direktor açıqsözlü davranaraq mövcud vəziyyəti dilə gətirib:

“İstilik sistemimiz düzəlib. Bu yaxınlarda qazanxana da tikilməlidir. Amma ən böyük problemimiz təmir və əlavə siniflərin olmamasıdır. Bina şagirdlər üçün təhlükəli vəziyyətdədir. Divarları çatlayıb. Mən maraq üçün çatın arasında iplə ölçü vahidi qoymuşdum. Gördüm ki, ip 3 günə qırılıb. Deməli,çatlardagenişlənmə də var. Bu, şagirdlər üçün çox təhlükəlidir.

Bundan əlavə, təsəvvür edin, yağış yağanda məktəbə vedrələrisıra ilə düzürük. Yalnız siniflərdə deyil, direktorun otağında da belədir”.

Müəllimlərin bilik və bacarıqlarına gəlincə isə direktor qeyd edib ki, onların 20%-indən razıdır. Qalan müəllimlərin isə diaqnostik göstəriciləri çox aşağıdır.

İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 30 saylı Ağdam məcburi köçkün məktəbinin direktoru Zahid Namazov isəgöstəricilərin həmişəyaxşı olduğunu deyib. Onun sözlərinə görə, sonuncu tədris ilində 31 şagirddən 27-i tələbə adını qazanıb. Onlardan beşi 500 və 600-dən yuxarı bal toplayıblar. Hazırda məktəbin ayrıca binası da var və tədris 11 illikdir

Direktor müəllimlərin göstəricilərindən də razılıq edib. Sonuncu il 52-53 balla 3 müəllimin işə qəbul olunduğunu deyib.

Təmir, təchizat məsələsinə gəlincə isə:

“Məktəb yeni tikilib. Amma tikiləndən cəmi 1 il sonra dəhliz çöküb. İndi öz imkanlarımız hesabına onu birtəhər quraşdırmışıq. Amma qəzalı vəziyyətdədir, döşəmə dəyişdirilməlidir. Hətta ümumi zalda iclas keçirəndə məcburən bir başa yığışırıq ki, orta hissə çökməsin. Görünür, ya material keyfiyyətsiz olub, ya da döşəmənin altında nəmişlik var...

İstərdim ki, məktəbə əlavə kompüter avadanlıqları verilsin. Bizə cəmi 4 kompüter dəsti verilib. Onlar da şagird sayına görə çox azdır.

Müasir təlim üçün proyektor yox idi. Qonşu Lahıc məktəbinin direktoru mənim dostumdur. Onda 2 proyektor var idi. Məcburən gedib,birini alıb, Ağdam məktəbinə gətirdim. Məktəbdə belə avadanlıqlara çox ehtiyac var”.

“Uşaqlar məktəbə yerləşə bilmir, əziyyət çəkirlər”

Direktor təəssüf hissi ilə, məktəbin tutumunun şagird sayına cavab vermədiyini vurğulayıb:

“Bu məktəb 90 yerlik tikilmişdi. Kontingentə uyğun idi.  Amma indi uşaq sayı 180-dən çoxdur. Öz maaşımızla məktəbin kənarında əlavə 4 otaq tikdik. Səliqəli görünsün deyə eyni də rənglədik. Amma yenə də uşaqlarımız yerləşə bilmir, əziyyət çəkirlər. Uşaqların sayı ilə məktəbin tutumu arasında ciddi fərq var. Bir neçə il əvvəl bununla bağlı müraciət etmişəm. Amma arada heç nə yoxdur. Şagird yükü də ki, hər il artır.

Məktəb də şəhər ərazisində yerləşir. Ən yaxın məktəblə aramızdakı məsafə 5 kilometrdir. Buna görə də məktəbə kənar ərazilərdən də gələnlər var. Axı, yerli şagirdlərin də burada oxumaq hüququ var. Bu, bir az da sıxlıq yaradır”.

Yerli əhali demişkən, direktor qeyd edir ki, məktəbdə qaydalara uyğun olaraq yaxınlıqda yaşayan, məcburi köçkün ailəsindən olmayan şagirdlər də var. Onlar arasında heç bir fərq hiss olunmur. Məktəbdə 13 yerli müəllim işləyir. Onların intellektual səviyyəsindən isə razılıq edib:

“Ağdamda 131 məktəb var. Bizim məktəb onlar arasında həmişə ilk sıralarda olub. Rayon icra başçısı da məktəbi tanıyır, gəlib-gedir”.

“Telefonla oynayan şagird müəllimin nağılına qulaq asmır”

Mingəçevirdə yerləşən 50 saylı  köçkün orta məktəbinin direktoru Nadir Məmmədov isə bildirib ki, məktəb yeni tikilib və heç bir təmirə ehtiyacı yoxdur. Şagirdlərin qəbul göstəriciləri də onu qane edir. Burada məcburi köçkün ailəsindən olmayan şagirdlər ümumi şagird sayının 3 %-ni təşkil edir.

Amma Nadir müəllimi köçkün məktəbi ilə bağlı narahat edən bir məqam var:

“Həmişə deyirəm ki, texnologiyanın təlimə tətbiqi lazımdır. Bu gün telefonla oynayan şagird müəllimin nağılına qulaq asmır, heç nə öyrənmir. Məktəbdə elektron lövhələr, proyektorların olması çox yaxşı nəticə verər. Təlimin keyfiyyəti də yüksələr. Müasir təlim üçün bunlar əsasdır. İstərdim ki, məktəbimin müasir tələblərə cavab verməsinə yardım etsinlər.

Məktəbdəki kompüterlərin ikisini özüm almışam. O biri kompüterlər isə elə də yaxşı işləmir.İstərdim, məcburi köçkün məktəblərinin texniki vasitələr, kompüterlə təchizatına diqqət yetirilsin. Bu gün şagirdə eşitmə deyil, görmə təlimi lazımdır”.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Hamısı