Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı

Cəmiyyət A- A A+

Dünən Baş nazirin sabiq müavini Abid Şərifovun avtomobilinin qarşını kəsən və maşınının üzərinə çıxan jurnalist Nurlan Libre işdən çıxarılıb. 

Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Kanal13”ün rəhbəri Anar Orucov məlumat verib. 

O bildirib ki, bu hərəkətinə görə jurnalistə xəbərdarlıq olunub:

“Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarını davam etdirməsi səbəbindən həmkarımızla yollarımızı ayırmaq qərarı verdik. Nurlan Libre məni və “Kanal13”ü utandıracaq hərəkət etdi”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...