Metroda bu səbəbdən şəkil çəkməyə icazə verilmir Maraqlı AÇIQLAMA

Cəmiyyət 18:35 23.07.2019

Xəbər verdiyimiz kimi, ötən tanınmış iqtisadçı Qubad İbadoğlunun oğlu Emin metronun “Koroğlu” stansiyasında şəkil çəkərkən polis nəfərləri onun telefonunu əlindən alaraq, şəkilləri siliblər.

Eurasia Diary xəbər verir ki, Q.İbadoğlu özünün “Feysbuk” hesabında oğluna qarşı polis kobudluğundan və metroda foto çəkilişə qadağanın sovet ənənəsi olaraq qalmasından şikayətlənmişdi.

Qeyd edək ki, iqtisadçı ekspert bu gün məlum məsələ ilə bağlı yeni post yazıb.

Q.İbadoğlu bildirib ki, oğlu Eminin Bakı Metropoliteninin "Koroğlu" stansiyasında polislər tərəfindən yoxlamaya məruz qalması, telefonunun əlindən alınıb, çəkdiyi şəkillərin silinməsi ilə bağlı müxtəlif reaksiyalar oldu.

“Bu barədə yazdığım posta çoxsaylı izləyicilərin yazdığı şərhlərlə yanaşı, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə də telefonuma zəng edərək, hadisənin təfərrüatları ilə maraqlandı. Metroda şəkil çəkməyin qadağan olmasının səbəbləri barədə danışdı. Fikrimcə, sovet dövründən qalan bu qadağanın ləğvini vaxtı çoxdan çatıb. Çünki bu qadağanın təhlükəsizliyin təminatı baxımından effekti qalmaylb. Hazırda Bakı metrosu adı ilə internetdə axtarış zamanı çoxsaylı video və fotolara çıxış əldə etmək mümkündür. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə metroda foto və video çəkilişlərinin qarşısını almaq mümkün deyildir. Əgər metroda internetə çıxış varsa hətta həmin obyektin şəkilini ora daxil olmadan belə kənardan da çəkmək və orda izləmə aparmaq mümkündür. Odur ki, Daxili İşlər Nazirliyinin bu məsələyə dair mövqeyini bölüşməsəm də onların operativ reaksiyasını təqdir edirəm», - deyə İbadoğlu bildirib.

Bəs metroda foto-video çəkilişlərə niyə qadağa qoyulur? Sovetdən qalmış bu qadağaya ehtiyac varmı?

Eurasia Diary bu sualla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edib.

Mətbuat katibi öncə qeyd edib ki, metropoliten strateji obyektdir və foto-video çəkilişlərə qadağa da məhz təhlükəsizliklə bağlıdır.

“Bu, tək bizdə olan nümunə deyil. Bir neçə ölkələrdə olan nümunədir. Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı Metropolitenindən istifadə qaydaları”nda konkret və birmənalı olaraq yazılıb ki, Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq qadağandır.

Bunun üçün mütləq şəkildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin icazəsi alınmalıdır. Yəni qayda belədir. Bunu qanun tələb edirsə, biz də yerinə yetirməyə borcluyuq. Bu şəxsiyyətlərlə bağlı məsələ deyil, sırf qanun tələbidir. Polis də öz vəzifə səlahiyyətlərini icra edir. Burda elə bir problem yoxdur. Əlində telefon, qulağında qulaqcıq olan insan yol gedərkən insanlara necə maneə olurlar? Ən sadə nümunəsini dedim. Metroda pilləkəndən düşən hər bir sərnişin də xüsusi məsuliyyət hiss etməlidir. Və bilməlidir ki, metroda təhlükəsizlik ən vacib məsələlərdən biridir. Qaydalar yazılıbsa, demək ki, bunun arxasında hər hansı bir əsas var”.

B.Məmmədov əlavə edib ki, strateji əhəmiyyətindən irəli gələn məsələlərdən savayı, metroda hərəkət təhlükəsizliyi və sərnişin rahatlığı ilə bağlı olan məsələlər də var. Onun sözlərinə görə, foto-video çəkilişlər zamanı birinci növbədə sərnişin özü xəsarət ala bilər.

“İkincisi, digər sərnişinlərə maneə yarada, onlara da xəsarət yetirə bilərsiniz. Bundan savayı, sərnişinlərin hərəkətinə mane ola, təhlükə mənbəyinə çevrilə bilərsiniz. İcazəli çəkilişlər zamanı həm çəkilişin, həm də sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq, tədbirlər görülür. İcazəsiz olanda, indi təsəvvür edin ki, hərə bir yanda fotoşəkillər çəkəcək və ya çəkdirəcək. Sərnişin axınına mane olacağı şübhəsizdir. İnsanların rahatlığına maneə yaranacağı da qeyd-şərtsizdir. Eskalatorda, stansiya yolunda, xüsusən qatar stansiyaya daxil olanda, təhlükənin dərəcəsini təxmin etmək olar. Platformada sərnişinlərin hərəkəti konkret sağ və ya sol olaraq bölünmür. Hər bir sərnişin gedəcəyi istiqaməti özü seçir və onlara mane ola, xəsarət yetirə, narazılığı ilə üzləşə bilərsiniz. Metropoliten sərnişindaşıma vasitəsidir. Bu səbəbdən kiminsə çəkiliş aparmaq istəyi digərinin metrodan nəqliyyat vasitəsi kimi istifadə hüququna xələl gətirməməlidir. Hər hansısa stansiya ilə bağlı foto və videogörüntü əldə etmək istəyənlər zamanla çəkilmiş və istimaiyyətə açıq olanlardan da rahatlıqla istifadə edə bilər», - deyə B.Məmmədov saytımıza bildirib.

Vəfa VƏLİYEVA

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı