Qənirə Paşayeva tanınmış media nümayəndələri ilə görüş keçirib

Cəmiyyət 11:48 24.07.2019

Avrasiya Beynəlxalq Araşdırmalar İnstititu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat Günü münasibətilə Muğam Ocağı restoranında bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. 

Eurasia Diary xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz, eləcə də Qarabağda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Məclisin deptutatı, Avrasiya Beynəlxalaq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara çətin və məsuliyyətli işlərində nailiyyətlər arzu edib.

O, bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin maarifləndirici missiyası və mətbuat tarixində oynadığı yol bu gün də ehtiramla xatırlanır. Ustad qələm sahiblərinin maarifləndirici ideyalarının nəticəsidir ki, bu gün milli mətbuatımız özünün 144-cü ildönümünü yaşayır. Cəmiyyətin informasiya əldə etməsində mətbuat və media nümayəndələrinin işini yüksək qiymətləndirən millət vəkili bir zamanlar özünün də jurnalist fəaliyyəti ilə məşğul olduğunu xatırladıb. O bildirib ki, jurnalist kimi fəaliyyət göstərdiyi illər onun həyatında ən xoş xatirələrlə yadda qalıb:

"Çox xoşbəxtəm ki, televiziyada çalışmağım həm də mənə sizin kimi dostlar, həmkarlar qazandırdı. Bu gün jurnalistlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolu var. Biz inanırıq ki, belə gözəl tədbirləri sizinlə birgə Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz bölgələrimizdə də keçirəcəyik".

Qənirə Paşayeva qeyd edib ki, qələm sahiblərinin üzərinə düşən əsas vəzifə Zərdabi maarifləndirici ideyalarını təbliğ etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova müxtəlif media orqanlarında fəaliyyət göstərən qələm sahiblərini bir arada görməkdən məmnun olduğunu dilə gətirdi.

O bildirdi ki, vətəndaş cəmiyyətinin inkişafında və bu sahədə baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, eləcə də RHİM İctimai Birliyinin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin rolu və əməyi danılmazdır. Müasir dövrdə media orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Arzu Bağırova IV hakimiyyət hesab edilən mediada çalışan jurnalistlərə uğurlar arzulayıb, gələn il milli mətbuatımızın 145-ci ildönümünün olacağını bildirərək mətbuat tariximizdən şərəf və qürur duyduğunu bildirib.

Milli Məclisin deputatı,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək jurnalistləri peşə bayramı münasibəti ilə təbrik etdi. Mətbuat tariximizin şanlı və şərəfli yol keçdiyini bildirən deputat jurnalist peşəsinin əhəmiyyətindən danışdılar. Cəmiyyətdə baş verən hadisə və proseslər barədə məlumat verən jurnalistlərə dövlət qayğısı və diqqətindən də söz açıb və bütün jurnalistləri bayram münasibəti ilə təbrik edib.

"Teleqraf" holdinqin rəhbəri Aynur Camal,"Trend" informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, "Olarlar" informasiya agentliyinin baş direktoru Yunus Oğuz,  "Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı, TRT Avaz kanalının Azərbaycandakı təmsilçisi, "Moderator.az" saytının rəhbəri Zülfüqar Hüseynzadə, tanınmış jurnalistlər Etibar Babayev, Anar Yusifoğlu, Seymur Verdizadə və digərlərimüstəqil medianın cəmiyyətin həyatında mühüm rolundan danışıb. Bildirilib ki, məhz jurnalistlərin sayəsində oxucular dünyada və ölkədə baş verən ən mühüm olaylar barədə məlumat əldə edir və onların zəhməti danılmazdır. 

Çıxış edənlər 22 İyul Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan media nümayəndələrini təbrik edib, mətbuatımızın keçdiyi tarixi yoldan, müstəqillik dövründə əldə edilmiş nailiyyətlərdən söz açmışlar. Çay süfrəsi arxasında səmimi görüş və müzakirələrdən sonra jurnalistlərə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyi adındanxatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

 

 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı