“Araz” market kiflənmiş pendirə görə jurnalistdən üzr istəyib? - "Təəssüf ki, bu cür vəziyyət yaşanıb" | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Araz” market kiflənmiş pendirə görə jurnalistdən üzr istəyib? - "Təəssüf ki, bu cür vəziyyət yaşanıb"

Cəmiyyət A- A A+

Daha əvvəl məlumat verdiyimiz kimi, tanınmış jurnalist Səbuhi Məmmədli sosial şəbəkə hesabında “Araz” marketdən aldığı məhsulun kiflənmiş olması ilə bağlı paylaşım edib. “Araz” marketlər şəbəkəsi yaranmış problemlə bağlı açıqlama yayıb. 

Eurasia Diary xəbər verir ki, sözgedən supermarketlər şəbəkəsi "oxu.az"a verdiyi açıqlamasında yaranmış vəziyyətlə əlaqədar jurnalistdən üzr istəyib:

““Naş moloçnik” pendiri Ukraynanın "Ukro produkt" zavodunun  məhsuludur. İdxalçısı isə “Avrora” şirkətidir. Məhsulun istifadə müddəti keçməyib. Onu da qeyd edək ki, bu pendirlər xüsusi qablaşdırılmalarda olur. Sadəcə olaraq, yay mövsümündə çatdırılma və yaxud saxlanma şəraiti ilə bağlı belə problemlər ortaya çıxa bilir. Təəssüf ki, bu cür vəziyyət yaşanıb. Mövcud vəziyyətlə əlaqədar jurnalist Səbuhi Məmmədlidən üzr istəyirik”.
 
Eurasia Diary bildirir ki, Səbuhi Sədəf (Məmmədli) bu xəbərdən sonra özünün feysbuk hesabında "məndən heç kim üzr istəməyib, hörmətli oxu.az" yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...