“Elə bil ürəyimin yarısı yoxdu...” - Şəhidimizin əkiz qardaşı | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Elə bil ürəyimin yarısı yoxdu...” - Şəhidimizin əkiz qardaşı

Cəmiyyət A- A A+

Bu gün Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı gizirimiz Dəmirli Hüseyn Zeynal oğlunun doğum günüdür. H.Dəmirli 1993-cü il avqustun 4-də Biləsuvar rayonunda anadan olub.   

Eurasia Diary xəbər verir ki, şəhidimizin əkiz qardaşı Kamran Dəmirli Moderator.az-a açıqlamasında qardaşsız çəkdiyi ağrılardan danışıb:

“Hüseyn əkiz qardaşımdı, birinci o, sonra isə mən dünyaya gəlmişəm. Bu gün doğum günüylə bağlı İcra hakimiyyətindən, Gənclər evindən və Hərbi Komissarlıqdan adamlar gəlib. Bir var qardaşını, bir də var əkiz qardaşını itirəsən. Əkiz qardaşın yoxdursa, elə bir ürəyinin yarısı gedib. Ürəyimizi ovutmağa çalışırıq, amma onun yerini heç nə ala bilməz. Ata-anama görə çalışıram ki, möhkəm olum ki, onlar mənlə təskinlik tapsınlar. Amma həmişə içimdə ağlayıram”. 
 
Qeyd edək ki, Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...