“Sədərək”dəki yanğınla bağlı 10 nəfər xəstəxanaya aparılıb | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Sədərək”dəki yanğınla bağlı 10 nəfər xəstəxanaya aparılıb

Cəmiyyət A- A A+

"Sədərək" Ticarət Mərkəzində dünən baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, onlardan 6 nəfərinə yerində yardım edilib:

“10 nəfər Klinik Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən 1-i yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanları yanğının söndürülmasində iştirak edən Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.

Rəsmi məlumata görə, müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində yanğın baş verib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin açıqlamasına görə, müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahə yanıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...