Sumqayıtda bədbəxt hadisə - ağac azyaşlı qızın başına düşdü | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Sumqayıtda bədbəxt hadisə - ağac azyaşlı qızın başına düşdü

Cəmiyyət A- A A+

Sumqayıtda ağacın budaqlarının sınması 10 yaşlı qızı xəstəxanalıq edib. 

Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb. 

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, azyaşlı dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. 

“Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır”, - deyə nazirlikdən qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...