Külək Bakıda “şou” göstərir - VİDEO | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Külək Bakıda “şou” göstərir - VİDEO

Cəmiyyət A- A A+

Bu gün Bakıda əsən güclü külək bir sıra fəsadlar törədib. 

Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, hadisələrin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Videolarda Bakıətrafı ərazilərdə yollarda toz qatının avtomobillərin hərəkətində çətinliklər yaratması əks olunub. 

Bundan başqa, küləyin insanların küçədəki hərəkətinə mane olduğu yayılan videolardan açıq-aydın görünür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...