Bakıda küləyin sındırdığı ağac qadının üstünə düşdü - Bədbəxt HADİSƏ | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Bakıda küləyin sındırdığı ağac qadının üstünə düşdü - Bədbəxt HADİSƏ

Cəmiyyət A- A A+

Bakıda müşahidə edilən güclü külək daha bir nəfəri xəstəxanalıq edib. Belə ki, Paytaxtın Səbail rayonunda Filarmoniyanın yaxınlığında ağacın budağı qırılaraq, 20 yaşlı qadının üstünə düşüb.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, çağırış saat 12:05-də olub:

“Həmin şəxs Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər”.

Qeyd edək ki, analoji hal Sumqayıtda da yaşanıb. Güclü külək nəticəsində qırılan ağac budaqları 10 yaşlı qızın üstünə aşıb, o da xəstəxanaya yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...