BAMF “Mədəni İrsimizin səsi” layihəsindəki çəkilişləri başa vurub - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


BAMF “Mədəni İrsimizin səsi” layihəsindəki çəkilişləri başa vurub - FOTOLAR

Cəmiyyət A- A A+

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə regionlarımızda "Mədəni İrsimizin Səsi" layihəsinin icrasına başlayıb. 

Eurasia Diary xəbər verir ki, layihədə pilot region kimi ilkin olaraq Füzuli rayonu seçilib. Layihə çərçivəsində rayonun Babı kəndi yaxınlığında yerləşən XII-XIII əsrlərdə tikilmiş Şeyx Babı türbəsi, Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsi, Bəhmənli kəndində XIX əsrə aid  məscid binası, Aşağı Əbdürəhmanlı kəndindəki qədim kənd kəhrizi, işğalçılar tərəfindən güllələnmiş qədim kənd məzarlıqları və sair tarixi–mədəni abidələr haqqında  məlumatları özündə əks etdirən sənədli film hazırlamaq və təşviqat işlərini həyata keçirmək nəzərdə tutulub.  

Aparılan çəkilişlər Azərbaycanın tarixi mədəni abidələrinin həm Sovet dövründə, həm də Qarabağ müharibəsi zamanında başına gətirilənlənlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədini daşıyır. Artıq Füzuli rayonunun Böyük Bəhmənli, Babı, Əhmədalılar və Aşağı Əbdürəhmanlı kəndlərində çəkilişlərə yekun vurulub. Layihənin əsas eksperti Özbəkistanlı tədqiqatçı alim Şöhrət Barlasdır. Qısametrajlı video çarx tezliklə ictimaiyyətə təqdim olunacaq. 

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...