Goranboyda güclü yanğın Külək elektrik məftilini yerə saldı, qığılcımdan hər yer alova büründü

Cəmiyyət 11:21 06.08.2019

Avqustun 5-də Goranboyda güclü yanğın hadisəsi baş verib.

Ednews.net xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Goranboy rayonunun Xan Qərvənd kəndində ümumi sahəsi 210 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki,saytımıza Xan Qərvənd kəndində baş vermiş yanğının təfərrüatları barədə məlumat daxil olub. Bildirilir ki, yanğına səbəb elektrik naqilinin qırılması olub. Belə ki, əsən güclü külək elektrik naqilini qıraraq yerə salıb və bundan yaranan qığılcım nəticəsində S.Muradovanın həyətyanı sahəsinə aid olan çəpərə od düşüb. Tez bir zamanda külək alovu cəmi 5 metr aralıdakı qonşunun çəpərinə salıb və İsmayıl Bayramova məxsus həyətyanı sahənin çəpəri tamamilə yanıb. Alov buradan ot tayasına və tövləyə keçib. FHN-nin Goranboy rayon yanğından mühafizə bölməsinin yanğınsöndürənləri hadisə yeri gələnədək qonşular alovu söndürməyə çalışsalar da, buna heç cür nail olmayıblar. Yanğından mühafizə bölmələri də yanğını çox çətinliklə söndürə biliblər. Belə ki, yanğını söndürmək üçün əlavə olaraq Tərtər və Bərdə rayonlarından yanğınsöndürən maşınlar çağırılıb və onların səyi nəticəsində yanğın söndürülüb və alovun yaşayış evinə keçməsinin qarşısı alınıb.

Əməkdaşımıza verilən məlumata görə, təxminən bir həftə öncə də Xan Qərvənd kəndinin Eynalxanlı adlanan məhəlləsində məhz həmin yerdə yüksəklikdən keçən elektrik məftili qırılaraq yerə düşüb və yenə də S.Muradovaya məxsus çəpərin bir hissəsini alov bürüyüb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Elə həmin gün “Azərişıq”ın Goranboy şöbəsinin işçiləri elektrik naqilini bir-birinə calamaqla işlərini bitmiş hesab ediblər. Və avqustun 5-də əsən külək yenidən məhz həmin yerdən məftili qıraraq yerə salıb və ondan çıxan qığılcım nəticəsində yanğın hadisəsi baş verib. Sakinlərin dediyinə görə, həmin elektrik xətti iri akasiya ağaclarının arasından keçir və küləkli havada naqillər sıxılaraq qırılma baş verir. Onların sözlərinə görə, əgər işıq idarəsi ağaclarda budama işləri aparsaydı, nə məftillər qırılar, nə də bu cür yanğın törənə bilərdi.

Qeyd olunub ki, elektrik xətti bəzi yerlərdə həyətyanı sahələrin çəpər qıraqlarından və ya məhlələrin içərisindən keçir ki, bu da oradakı ağacların iri budaqlarının məftilləri qırmasına gətirib çıxarır. Sakinlər bu cür halların gələcəkdə də baş verməməsi üçün çıxış yolu kimi rayon elektrik idarəsinin işçilərinin iştirakı ilə ağacların budanmasını və bəzi həyətyanı sahələrin içərisindən keçən dirəklərin yerinin dəyişdirilməsində görürlər.

O da bildirilir ki, sözügedən kənddə hər dəfə külək əsərkən işıqlar sönür və sakinlər saatlarla işıqsız qalırlar. Buna səbəb də ağac budalqrının arasından keçən elektrik məftillərinin bir-birinə dəyərək qısaqapanma yaratmasıdır. Kənddə elektrik xətlərinin və dirəklərinin sovet vaxtından qalma olduğu və çox köhnəldiyi də verilən məlumatlar arasındadır.

Sonda onu da qeyd edək ki, baş vermiş yanğın nəticəsində vətəndaş İsmayıl Bayramova 10 min manatdan çox ziyan dəyib.


Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı