Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində daşqınlar bir sıra fəsadlar yaradıb.
Eurasia Diary qafqazinfo-a istinadan xəbər verir ki, təbii fəlakət nəticəsində 787 yaşayış evi, 3171 həyətyani ərazi, 37 obyekt su altında qalıb.
Daşqın 13 körpünü və ümumi uzunluğu 500 kilometr olan 159 avtomobil yolunu da zədələyib.
Su altında qalan rayonlardan 2658 insan, eləcə də 937 uşaq təxliyyə edilib.
Rusiya hakimiyyətinin qərarı ilə Amur vilayətinə 600 milyon rubl məbləğində maddi yardım, eləcə də avtomobil yollarının bərpası üçün 172 milyon rubl subsidiya veriləcək.