Avqustun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Eurasia Diary xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxış edərək ölkədə güclü sosial siyasətin həyata keçirildiyini bildirib.
Nazir müavini vurğulayıb ki, həssas qruplara da dövlət qayğısı artmaqda davam edir: "Cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub".