Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qalıqları tapılıb.
Eurasia Diary Anadolu Agentliyinə istiandla xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Türkiyə Dəniz Qüvvələri Komandanlığının SAK qrupunun mütəxəssisləri ROV aparatı vasitəsilə təyyarənin yerini tapıblar. Daha sonra dənizin dibinə enərək təyyarənin böyük və kiçik hissələrinin fotolarını çəkiblər.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin və pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları nəticəsiz qalıb və Türkiyə hərbçilərindən kömək istənilib.