Bu gün ali məktəb tələbəsi olanlar arasında 2016-cı ilin aprel ayında şəhid olmuş kəşfiyyatçı polkovnik Sənan Axundovun oğlu Tahir Axundov da var.
Eurasia Diary-nin modern.az-a istinadən məlumatına görə, Tahir Axundov Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müalicə işi ixtisasına (dövlət sifarişi) qəbul olunub.
Bu ilin mart ayında Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidin ailəsinə Heydər Əliyev Fondu adından mənzil də hədiyyə edib.