Əldə olunan məlumata görə, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Kristal'' şadlıq sarayında baş verib.
Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib.
Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib. Davanın hansı səbəbdən baş verməsi məlum deyil.
***
Sabunçu rayonunda kütləvi dava olub.
Eurasia Diary xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Dava edənləri ayırmaq istəyən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb.
Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)