Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Eurasia Diary xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir: "Bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir.
Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə şağırıriq.
Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar".