Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.
Eurasia Diary "Qafqazinfo"ya istinadan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili açıqlamasında bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub.
Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.