"Macar qadının Ramil Səfərovun cinayət işində və həyatında mühüm rolu oldu" YENİLƏNİB - Vəkil sirrləri açır

Cəmiyyət 00:31 12.08.2019

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Eurasia Diary vəkil Adil İsmayılovun yazısını təqdim edir:

RAMİL SƏFƏROVLA ÜÇÜNCÜ GÖRÜŞÜMÜZ (dördüncü yazı)

İkinci görüşümüzdə işin vəziyyəti müzakirə edilərkən məlum oldu ki, Səfərov müstəntiq tərəfindən iki dəfə 19 fevral və 4 mart tarixlərində dövlət hesabına təyin edilmiş vəkilin və rus dilli tərcüməcinin iştirakı ilə dindirilib. Yenə də rusdilli tərcüməçinin iştirakı ilə psixatrik ekspertiza keçirilərək rəy alınmışdı. Dindirmə protokollarında və ekspertiza rəyində yazılanları Sevinc xanım ona Azərbaycan dilinə tərcümə etdi.

Məlum oldu ki, bu sənədlərdə Səfərovun dedikləri açıq-aşkar təhrif edilib. Biz bunu Ramilin rus dilini yaxşı bilməməsi, əslində demək olar ki, bilməməsi ilə izah etməyə çalışdıq. Prosesin sonrakı gedişi bir az fərqli yorumlara əsas verirdi. Onun rus dilini bilməməsi psixiatrik ekspertizanın rəyi ilə obyektiv təsdiq olunurdu. Bu barədə bir qədər sonra ekspertiza barəsindəki yazıda oxuyacaqsınız.

Qərara aldıq ki, Səfərova verilmiş rusdilli tərçüməçinin dəyişdirilməsi barədə vəsatət qaldırılsın, ona Azərbaycan, yaxud türk dillərini səlis bilən tərcüməçi təyin edilsin. İstintaq bu vəsatəti təmin etdi. Bundan sonrakı iki dindirmədə tərçüməçi kimi Sevinc xanım iştirak etdi. Vəkil Peter Zalay iki əlavə şahidin dindirilməsi barədə vəsatət verdi, istintaq bu vəsatəti də təmin edərək həmin şəxsləri dindirdi.

May ayında mən istintaqın başa çatması ilə əlaqədar üçüncü dəfə Budapeştə getdim. Bu dəfə istintaq təcridxanasına tək getmişdim. Ramillə görüş otağında şüşə arakəsmə arxasından danışdıq. Görüş üçün kimdənsə icazə almağa ehtiyac olmadı. Girişdəki pəncərəyə yaxınlaşıb pasportumu təqdim etdim və Səfərovla görüşə gəldiyimi dedim. Üstümə baxış keçirdikdən sonra məni görüş otağına ötürdülər və Ramin Səfərovu gətirdilər. Otaqda başqa məhbuslar yaxınları ilə oturub danışırdılar. Məlum oldu ki, ağır cinayətdə ittiham olunanlarla görüş kabinədə şüşə arakəsmə arxasında olur, telefonla danışırsınız. İndi bu qayda bizdə də tətbiq edilir. Görüşdə Ramilin məhkəmə çıxışını müzakirə etdik. Qərara gəldik ki, o, çıxışı özü hazırlayacaq, sonra mənə göndərəcək. Məhkəmə öncəsi mən Budapeştə gələcəm, bir də görüşüb son variantı hazırlayaçağıq. Belə də etdik. İş 2004cü ilin iyun ayinda ittiham aktı ilə məhkəməyə getdi və birinci məhkəmə iclası 23 noyabr 2004-cü ilə təyin edildi...

Davamı

BİRİNCİ MƏHKƏMƏ İCLASI. HAKİM 4 TƏRCÜMƏÇİ DƏVƏT ETDİ

Beləliklə, birinci məhkəmə iclası 23 noyabr 2004-cü ildə baş tutdu. Həmin ilin sentyabr ayında Macarıstanda Azərbaycan Respublikasının səfirliyi açılmışdı. Həsən Həsənov səfir təyin edilmişdi. Ona qədər Həsənovla şəxsi tanışlığımız olmasa da barəsində kifayət qədər bilgim vardı, orda bir daha əmin oldum ki, Həsənov həqiqətən dövlət adamıdır. Ramil Səfərovun işi ilə əlaqədar ən çox zəhmət çəkmiş insanlardan biri Həsən Həsənov oldu.

Birinci məhkəmədə səfirliyin əməkdaşları və Budapeştdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak etdi. Hakimlər və dövlət ittihamçısı, habelə prosesin digər iştirakçıları təqdim edildi , onlara etirazın olmadığı aydınlaşdırıldı.

Yeri gəlmişkən Məhkəmə zalı çox möhtəşəm idi. İttihamçı-prokuror bizdəkindən fərqli olaraq vəkillər kimi mantiya geyinmişdi. Mantiyalar arasında yeganə fərq yaxalığın rəngində idi. İttihamçı, zərərçəkən şəxsin vəkili və Ermənistandan olan nümayəndəsi hakimə baxanda solda, təqsirləndirilən şəxsin vəkili və nümayəndəsi sağda oturmuşduq. Ramil Səfərov məhkəmə heyəti ilə üzbəüz oturmuşdu. Məhkəmə zalında bizdəki kimi qəfəs və akvarium yox idi. Fasilədə nəzarətçilər Ramil Səfərovla görüşə, hətta şəkil çəkdirməyə şərait yaradırdı və bunun üçün heç kimdən pul istəmirdi, eyni ilə bizdəki kimi.

Yeri gəlmişkən, məhkəmədə hakimlik edən Andraş Vaskuti mantiya geyinmişdi. Onun sağdış, solduşu olan iki qadın isə mantiyasız adi geyimdə idilər. Məlim oldu ki, Macarıstanda köhnə, sovet sistemində olduğu kimi xalq iclasçıları var. Bunlar andlı iclasçılar da deyil, sadəcə xalq arasından seçilmiş qeyri-professional hakimlərdi, açığı buna çox təəccübləndim, amma bu dəfə macar məhkəməsi bizimki ilə müqayisədə uduzurdu.

Proses iştirakçılarınin təqdimatından sonra hakim bildirdi ki, nə qədər Ramil Səfərov prosesin aparıldığı macar dilini bilmir onun hüquqlarının təmin edilməsi üçün məhkəmə tərcüməçi dəvət etməyə qərar verib. Daha sonra hakim belə bir cümlə işlətdi “Ramil Səfərovun ittiham edildiyi cinayətə görə ən ağır cəza ömürlük həbs cəzası nəzərdə tutulur. Ona görə də Macarıstan dövləti tərcüməçilər üçün pul əsirgəməməlidir. Biz 4 tərcüməçi dəvət etmişik”.

Tərcüməçilər təqdim edilərkən məlum oldu ki, hakim dörd dil - Azərbaycan, rus, ingilis və türk dilləri üzrə tərcüməçi dəvət edib. Əvvəl barəsində bəhs etdiyim Cənubi Azərbaycan əsilli Azərbaycan dili üzrə tərcüməçi görünür ki, Macarıstanda çoxdan yaşadığından onun azərbaycancasını başa düşmək olmurdu. Rus dilindən tərcümə edəcək qadın istintaqda iştirak etmişdi, təbii ki, Səfərov onun iştirakına etiraz etdi. İngilis dili üzrə tərcüməçi birinci dəfə prosesə cəlb edilmişdi. Səfərov onların arasından tərcüməçi kimi türk dili üzrə tərcüməçi Qabriela Ortuncu seçdi. Hesab edirən ki, həyat yoldaşı türk olan bu macar qadının da Ramil Səfərovun cinayət işində və həyatında xüsusi müsbət rolu oldu, o, Ramilə oğlu kimi münasibət göstərirdi. Burda bir haşiyə də çıxmaq istərdim. Macarıstanda məhkəmədə iştirak edən tərçüməçi gördüyü işin bir saatı üçün o vaxt təxminən 80 avro alardı, prosesin sonunda hakim zəhmət haqqının verilməsi üçün qərar verirdi və tərcüməçi pulu dərhal ala bilirdi.

Prosedur məsələləri bitdikdən sonra məhkəmə Ramil Səfərovun dindirilməsinə keçdi…

davamı olacaq

Qeyd edək ki, Adil İsmayılovun daha öncəki yazılarını saytımızda dərc etmişik. Həmin yazılarla buradan tanış ola bilərsiniz.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Hamısı