“Təzəpir”in imamı - "Hər insanın qurban kəsməsi vacib deyil" | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


“Təzəpir”in imamı - "Hər insanın qurban kəsməsi vacib deyil"

Cəmiyyət A- A A+
Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil.
 
Eurasia Diary xəbər verir ki, bunu “Təzəpir” məscidinin imamı Mircəfər Eyyubov bayram namazından sonra deyib.
 
O bildirib ki, bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb:
 
“İnsanlar bayram namazından öncə ibadət ediblər. Onlara dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb”.
 
M.Eyyubov qeyd edib ki, Qurban bayramı Həcc ayinlərindən biri sayılır:
 
“Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumilikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların isə imkansız ailələrə verilməsi daha məqbul hesab edilir.
 
Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir”.(oxu.az)
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...