Əməkdar rəssam, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin Tbilisi şəhərində fərdi sərgisi açılacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə açıqlama verən Rais Rəsulzadə bildirib ki, sərgi açmaq təşəbbüsünü Gürcüstan tərəfi irəli sürüb.: “İnşallah, Tiflisdə fərdi sərgimin açılışı olacaq. Bu barədə təklif almışam. Sərginin açılışı sentyabr-oktyabr aylarına təsadüf edəcək”.
Xatırladaq ki, 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı Fəxri adına layiq görülən Rais Rəsulzadənin 800-dən əsəri var.
Əməkdar rəssamın əsərləri Azərbaycanla yanaşı, digər ölkələrin rəsm qalareyalarında qorunub saxlanılır. (open.az)