Polis 65 yaşlı ixtiyarı qəhrəman elan etdi - Terrorçunu tərk-silah etdiyinə görə... | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Polis 65 yaşlı ixtiyarı qəhrəman elan etdi - Terrorçunu tərk-silah etdiyinə görə...

Cəmiyyət A- A A+

Norveçdə məscidə edilən hücum zamanı terrorçuya cəsarətlə müqavimət göstərən 65 yaşlı Əfqanıstan vətəndaşı polis tərəfindən qəhrəman elan edilib.

Eurasia Diary dünya mediasına istinadən xəbər verir ki, buna səbəb həmin şəxsin hamının özünü itirdiyi anda soyuqqanlılıq göstərməsi, terroçuya hücum edərək onun əlindəki silahların yerə düşməsini təmin edib. 

Norveç polisi bildirib ki, əgər 65 yaşlı Məhəmməd Rafiquenin bu müdaxiləsi olmasaydı, o zaman məsciddə sözün həqiqi mənasında qətliam yaşana bilərdi.

Xatırladaq ki, Norveçin paytaxtına yaxın məscidlərədn birinə edilən hücum zamanı 75 yaşlı şəxs ağır şəkildə yaralanıb. Hadisə yerinə gələn polis ov tüfəngi və tapança ilə silahlanan terrorçunu tutmağa müvəffəq olub.(moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...