“Atasız uşaqlar tez böyüyür...” - Şəhid pilotumuzun həyat yoldaşı... | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


“Atasız uşaqlar tez böyüyür...” - Şəhid pilotumuzun həyat yoldaşı...

Cəmiyyət A- A A+
"Artıq üç ildir ki, doğum günündə yoxdur". 
 
Eurasia Diary xəbər verir ki, bu sözləri şəhid Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə moderator.az-a deyib.
 
"Uşaqlar xatirəylə yaşayır. Onunla bağlı maraqlı hadisələri xatırlayırlar. Atasız uşaqlar tez böyüyür və Tayfunla Onur da onlardan biridir. Onlar da ataları kimi güclüdürlər”.
 
P.Musazadə Təbrizin qayğıkeş ata və müəllim  olmaqla yanaşı, insan olaraq da yaxşı biri olduğunu deyib:
 
“Təbriz çox yaxşı insan idi. Qayğıkeş ata idi. Hər kəsin sevimlisiydi və hər işdə də irəlidə olurdu”. 
 
Qeyd edək ki, Təbriz Musazadə 1981-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. 2016-cı il aprel döyüşləri zamanı Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. T.Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeniylə təltif edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...