Bu şəxslərin maaşları artırıldı - Nazirlər Kabinetindən daha bir qərar | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Bu şəxslərin maaşları artırıldı - Nazirlər Kabinetindən daha bir qərar

Cəmiyyət A- A A+

Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Eurasia Diary xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, Dövlət Film Fondunun direktorunun maaşı 798 manatdan 1110 manata,  direktor müavininin maaşı 677 manatdan 945 manata, şöbə müdirinin maaşı 600 manatdan 835 manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan 730 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan 690 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan 675 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan 260 manata qaldırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...