"Binə" ticarət mərkəzində yanğın oldu - YENİLƏNİB - VİDEO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


"Binə" ticarət mərkəzində yanğın oldu - YENİLƏNİB - VİDEO

Cəmiyyət A- A A+
"Binə" ticarət mərkəzində yanğın olub.
 
Eurasia Diary Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. 
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 
 
Hadisə zamanı üumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub.

***

Binə” ticarət mərkəzində yanğın olub.

Eurasia Diary Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...