İkinci iş yerində işləmək istəyənlər hazırda vakansiya seçə bilərlər? | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


İkinci iş yerində işləmək istəyənlər hazırda vakansiya seçə bilərlər?

Cəmiyyət A- A A+

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi davam edir. Avqustun 7-dən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək.

Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək sonda ərizələrini təsdiq etməlidirlər.

Hazırda onların çox maraqlandıran məqamlardan biri də ikinci iş yerində işləmək istəyənlərin vakansiya seçimi mərhələsi ilə bağlıdır.

Eurasia Diary-nin azedu.az-a istinadən məlumatına görə, ikinci iş yerində işləmək istəyənlər hazırda vakansiya seçimi edə bilməzlər

İkinci iş yerində çalışmaq istəyənlər müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə qəbulda iştirak edib vakansiya seçə biləcəklər. İkinci turda müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qeyd edək ki,vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...