“Məhəmməd Əmin Rəsulzadə” gəmisi VURULDU - QƏZA - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Məhəmməd Əmin Rəsulzadə” gəmisi VURULDU - QƏZA - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+

“Ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “MAMMAD AMİN RASULZADEh” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub”. 

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, bunu gəminin sahibi olan “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva bildirib.

O deyib ki, “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir. 

“Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi".

F.Quliyeva bildirib ki, bəzi KİV-lərin gəminin köhnə olması və batması barədə yazdıqlarını təkzib edib:

 "Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. VURĞULAYIRIQ: “MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiniz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”

Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə “MAMMAD AMİN RASULZADEH” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, tanınmış alimlər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən dahi lider Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə “MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.

gemi_kazasi_1.jpg

gemi_kazasi_2.jpg

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...