Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu - FOTO | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu - FOTO

Cəmiyyət A- A A+

Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Dəniz Donanmasının kapitanı Kavon Həkimzadə "USS Harry S.Truman" aviadaşıyıcısının komandanı təyin olunub.

Eurasia Diary xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində politoloq Şahin Cəfərli məlumat yayıb.

Məlumata görə, Həkimzadənin atası iranlı, anası amerikalıdır. Ailə islam inqilabından sonra İranı tərk edib. Həmin vaxt K.Həkimzadə 11 yaşında olub.

30 ildir donanmada xidmət edən Həkimzadə bundan əvvəl ABŞ 6-cı donanmasının flaqmanı "Mount Whitney" gəmisinin komandiri idi.

Bəzi məlumatlara görə, Kavon Həkimzadə İran azərbaycanlısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...