“Azərbaycan Dəmir Yolları” Biləcəri stansiyasında post növbətçisinin ölümü ilə bağlı açıqlama yaydı | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


“Azərbaycan Dəmir Yolları” Biləcəri stansiyasında post növbətçisinin ölümü ilə bağlı açıqlama yaydı

Cəmiyyət A- A A+
Bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. 
 
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. 
 
Məlumatda deyilir ki, hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Ə.Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır. 
 
Allah rəhmət eləsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...