Ali məktəblərdə boş qalan və pulsuz plan yeri nə qədərdir? - Seçim başlayır | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Ali məktəblərdə boş qalan və pulsuz plan yeri nə qədərdir? - Seçim başlayır

Cəmiyyət A- A A+

Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Eurasia Diary xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun verdiyi məlumata görə, bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi. 

“Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Yəni 20189 dövlət sifarişli plan yerlərinin 17820-sinə qəbul həyata keçirilib və II tur üçün 2369 pulsuz, dövlət sifarişli plan yerləri boş qalıb”. 

Beləliklə boş qalan plan 5785 yerinin 2369-u pulsuzdur. 

15-19 avqustda boş qalan plan yerlərinə əlavə seçim olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...