Lənkəranlı yeniyetmə Azərbaycanın ən gənc tələbəsi oldu | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Lənkəranlı yeniyetmə Azərbaycanın ən gənc tələbəsi oldu

Cəmiyyət A- A A+

Lənkəranda 15 yaşlı yeniyetmə ali məktəbə qəbul olub.

Eurasia Diary oxu.az-a istinadla xəbər verir ki, rayonun Şilavar kəndində yaşayan Miryusif  Feyzullazadə Azərbaycanda ən az yaşı olan tələbələrdəndir.

Lənkəran şəhər 5 saylı tam orta məktəbin məzunu olan M.Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və hotelçilik ixtisasına dövlət sifarişi əsasında qəbul olub. Son zamanlar ölkəmizdə, xüsusən də cənub bölgəsində turizm sektorunun sürətli inkişafı və bu sahədə görülən işlər onun bu ixtisası seçməsinə səbəb olub. Seçiminə isə valideynləri müdaxilə etməyib, əksinə, ona inanaraq dəstəklərini əsirgəməyiblər.

Qeyd edək ki, ötən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda respublika üzrə ən yaşlı tələbə adını qazanan Lənkəran sakini olub. 55 yaşlı Atakişi Ağayev Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsində təhsil almaq hüququ qazanıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...