KQB agenti olan "məşhur" jurnalisti Ramil Səfərovun məhkəməsinə kim göndərib? Vəkil sirrləri açır

Cəmiyyət 14:17 15.08.2019

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Eurasia Diary vəkil Adil İsmayılovun yazısını təqdim edir:

ANAR ƏLİYEV NİYƏ MƏHKƏMƏYƏ GEDƏ BİLMƏDİ

Onun Ramil Səfərovla birlikdə 2004-cü ilin yanvarında Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində ingilis dili kursuna göndərildiyini Ramil Səfərov olayını izləyənlər bilir. Həmin proqramda iki erməni zabiti mərhum Qurgen Markaryan və Hayk Makuçyan iştirak edirdilər. Anar Əliyev yüksək, Ramil Əliyev orta, iki erməni isə ingilis dilini bilmək göstəricilərinə görə aşağı səviyyə qrupuna düşdülər. Kursantların hamısı Hərbi Akademiyanın yataqxanasında müxtəlif otaqlarda qalırdı, əvvəlcədən eyni ölkədən olanların müxtəlif otaqlarda qalacağı planlaşdırılmışdı. Anar Əliyev hadisə baş verən gün öz otağında hadisədən xəbərsiz olub, erməni zabiti öldürdükdən sonra Səfərov onun otağına gəlib hadisə barəsində xəbər verdi. Hadisədən dərhal sonra Anar Əliyev təşkilatçıların təşəbbüsü ilə kursu yarımçıq tərk edib geri qayıtdı. Hadisədən beş ay sonra Əliyev təlim zamanı paraşütlə vertolyotdan dənizə tullanarkən çox ağır xəsarət aldı, onun sağ qalması deyilənə görə möcüzə idi. Məhkəmə gedən müddətdə o, demək olar ki, hərəkətsiz idi. Mən Sumqayıta gedib onunla evlərində görüşdüm. Anarın məhkəməyə gəlməməsini erməni mətbuatı guya Azərbaycan tərəfinin onu gizlətməsi kimi qələmə versə də əslində biz onun məhkəmədə iştirak etməsində maraqlı idik. Müdafiə Nazirliyi onun xəstəliyi barədə rəsmi arayış da təqdim etdi. Məhkəmənin diqqətinə çatdırıldı ki, Anar Əliyev 2006-cı ilin may ayında məhkəmədə iştirak edə bilər. Məhkəmə isə apreldə öz işini yekunlaşdırdı.

İNDİ İSƏ MƏHKƏMƏDƏ İŞTİRAK EDƏNLƏR BARƏSİNDƏ

Qeyd etdiyim kimi məhkəmənin birinci iclasından başlayaraq səfirliyimizin əməkdaşları bütün məhkəmə prosesində iştirak etdilər. Ermənistanın Macarıstanda səfirliyi olmadığından məhkəməyə onların Avstriyadakı səfirliyinin nümayəndələri gəlirdi. Ermənistanlı vəkil Nazeli Vardanyan məhkəmədə zərərçəkənin nümayəndəsi qismində iştirak edirdi. Zərərçəkmiş tərəfin macar vəkili də vardı. Məhkəmənin gedişini hər iki tərəfin, eyni zamanda da Macarıstan KİV-lərinin nümayəndələri işıqlandırırdı. Azərbaycan tərəfdən indi yoxluğu hiss edilən ANS televiziya kanalı xüsusi fərqlənirdi, hətta ANS-nin təsisçisi Vahid Mustafayev də məhkəməyə gəlirdi. Məhkəmənin gedişində bir neçə dəfə macar və bir dəfə erməni televiziyalarına müsahibə verdim. Mövqeyim belə idi ki, Ramil Səfərovun etdiyi əmələ Azərbaycan-Ermənistan müharibəsi kontekstində və xüsusən də Səfərovun şəxsiyyəti, onun hansı şəraitdə formalaşması prizmasından yanaşmaq lazımdı. 

Qayıdım məhkəmədə iştirak edənlərə. Bunlar adətən Macarıstanda təhsil alan azərbaycanlı tələbələr olurdu, açığı onların prosesə olan marağı məni çox sevindirirdi, bir neçə dəfə imkan tapıb onlarla görüşlər keçirib maraqlandıqları suallara cavab verməyə çalışmışdım. İndi yəqin ki, dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bir-ikisi ilə əlaqəm var, Pərvizi və dostum Raufun oğlu Çingizi nəzərdə tuturam. Yazılarımı izləyirlərsə, təəssüratlarını bölüşələr minnətdar olaram. Ümumiyyətlə, gördüyünüz kimi səhifəm hamı üçün açıqdı. Prosesdə iştirak edən adını çəkdiyim, bu və ya digər səbəbdən çəkmədiyim hər kəsdən yazdıqlarıma münasibət bildirməsini xahiş edirəm. Bu hamımıza lazımdı. Məhkəmələrdə bu işlə əlaqədar olmayan səbəblərə görə yolu Budapeştə düşən və təsadüfən məhkəmə vaxtı orada olan vətəndaşlarımız da olurdu. Onlar həmyerlimizin çətin günündə məhkəməyə gəlib ona dəstək olmağı özlərinə borc bilirdilər. Belələrindən biri Qubad İbadoğlu idi. Yadıma gəlir ki, Qubad məhkəmə iclasındakı fasilədə Ramil Səfərovla şəkil də çəkdirə bildi. 
Yadımda varkən gördüklərimdən birini də xüsusi paylaşım. Məhkəmə iclaslarından birinə Azərbaycandan o vaxt bəzi əməllərinə görə gündəmdə olan “məşhur” jurnalist gəlmişdi. Son zamanlar onun KQB agenti olması barədə rəsmi sənədlər açıqlanıb. Onun adını bu yazıda çəkib şərəfləndirmək istəmirəm. Ağlınıza gələnlərin dairəsini daraltmaq üçün deyim ki, jurnalist qadın idi. O, məhkəmə zalında Azərbaycan bayrağına bürünüb rus, ingilis və qırıq Azərbaycan dilində bir neçə dəfə “Mən səni sevirəm, Ramil” qışqırdı. Onu məhkəməyə göndərənlərin və özünün məqsədi barədə mənə ancaq güman etmək qalır...

Davamı olacaq

Qeyd edək ki, Adil İsmayılovun daha öncəki yazılarını saytımızda dərc etmişik. Həmin yazılarla buradan tanış ola bilərsiniz.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Hamısı