Polad Bülbüloğlu Rusiya XİN-ə etiraz məktubu göndərdi - Pyatiqorskdakı hadisə ilə bağlı | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Polad Bülbüloğlu Rusiya XİN-ə etiraz məktubu göndərdi - Pyatiqorskdakı hadisə ilə bağlı

Cəmiyyət A- A A+

Azərbaycanın Rusiyadakı səfirliyi Pyatiqorskda keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumundakı hadisə ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib.

Eurasia Diary xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər.

Xatırladaq ki, virtualaz.org bir az əvvəl Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirdiyi, Forumda iştirak edən “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun buna haqlı etiraz bildirdiyi və nəticədə tədbirdə iştirak edən ermənilərin hücumuna məruz qaldığı barədə yazmışdı.

 Bundan sonra Sabir Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...