“Bunu o qədər də “şişirtmək” lazım deyil, mən demirəm ki, gəmini qəsdən vurublar...” | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Bunu o qədər də “şişirtmək” lazım deyil, mən demirəm ki, gəmini qəsdən vurublar...”

Cəmiyyət A- A A+
“Məhəmməd Əmin Rəsulzadə adına gəminin olması təqdirəlayiqdir, amma gəminin vurulmasına görə hamımız təəssüflənirik” 
 
Eurasia Diary xəbər verir ki, bunu "moderator.az"a açıqlamasında M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. R.Rəsulzadə bildirib ki, araşdırmalardan sonra hər şey məlum olacaq: 
 
“Gəminin vurulmasıyla bağlı elə mən də sizin qədər məlumatlıyam. Bəlkə də sizdə məndən çox məlumat var. Məhəmməd Əmin Rəsulzadə adına gəminin olması təqdirəlayiqdir, amma gəminin vurulmasına görə hamımızı təəssüflənirik. Qaldı ki, gəminin vurulmasının səbəbləri də araşdırılır. Onlar orda, biz burda. Hələ ki, dəqiq məlumat yoxdur. 
 
Avqustun 6-da mən də gəminin açılışında iştirak etdim və hətta çıxışım da oldu. Orda müxtəlif yerlərdən nümayəndələr var idi. Ordan çox gözəl təəssüratlarla qayıtdım. Buna görə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Mübariz Mənsimov özü çox yüksək intellektə sahib olan şəxsiyyətdir, onunla söhbətimiz oldu. Xeyirxah insandı, yaxşı planları var. Azərbaycan xalqını çox yüksək dəyərləndirir və tarixi şəxsiyyətlərlə bağlı böyük işlər görmək istəyir və görür də. Gəminin vurulması mində bir olan hadisə ola bilər. Düşünürəm ki, bunu o qədər də “şişirtmək” lazım deyil, mən demirəm ki, bunu qəsdən ediblər”.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...