Baş nazirdən “Təfəkkür“ Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı - QƏRAR | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Baş nazirdən “Təfəkkür“ Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı - QƏRAR

Cəmiyyət A- A A+
Nazirlər Kabineti 2010-cu il 14 dekabr tarixli qərarla təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
 
Eurasia Diary xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
 
Qərara əsasən Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib. Qərarla həmçinin Elm və Təhsil Mərkəzi “Təfəkkür “ Universitetinin adı (fəlsəfə doktoru üzrə) "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların
 
Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...