Türkiyə hərbçiləri Xəzərə düşən “MiQ-29”un qalıqlarını tapdı - FOTOLAR | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Türkiyə hərbçiləri Xəzərə düşən “MiQ-29”un qalıqlarını tapdı - FOTOLAR

Cəmiyyət A- A A+

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Qeyd olunub ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən “MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 9-da da Türkiyə Müdafiə Nazirliyi Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotolarını yayımlamışdı.

Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...