“Son illərdə meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir" Umayra Tağıyeva

Cəmiyyət 16:05 16.08.2019

“Son illərdə hava şəraitini proqnozlaşdırmaq daha çətin və mürəkkəb olub. Bunun səbəbləri ilə bağlı müxtəlif fikirlər, fərziyyələr var, bu suala birmənalı cavab vermək çətindir. Əgər əvvəllər ilin fəsilləri və onlara səciyyəvi  hava şəraiti daha aydın özünü biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər “sürüşür”, meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir”.

Eurasia Diary-nin xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan  A. Mədətzadə və Ə. Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən  əsas sinoptik  proseslər təhlil edilib: “Əgər 90-cı illərdə bu proseslərin başlanmasını, inkişafını və dinamikası izləmək tam mümkün idisə, hazırda həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişikliklər qeyd edirik ki, bunları hətta bir gün əvvəl proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri “tutmur”.

U. Tağıyeva deyib ki, əvvəllər də anomal isti və soyuqlar olub. Lakin hazırda bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar: “Hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdığımız bəzi problemlər də var. Bu, ilk növbədə, güclü külək, leysan yağışlar, anomal isti və soyuqlara aiddir. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki,  həm panika  yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar, onların xasiyyətləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidən zaman dərhal mağazalara üz tutur və uzunmüddətli blokadaya hazırlaşmış kimi davranırlar. Elə bu səbəbdən də biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyatla yanaşmağa məcburuq. Biz çox gözəl başa düşürük ki, vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı ( neftçilər, dənizçilər və s.) asılıdır".

U. Tağıyeva bildirib ki, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlar bütün müvafiq  struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun öz işlərini tənzimləyirlər: “Son zamanlar Bakı Şəhər İcra Hakimiyyəti işimizə böyük dəstək göstərir, bizim xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Onlara öz təşəkkürümüzü bildiririk. Digər dövlət qurumları ilə də qarşılıql, sıx əlaqələrimiz var. Lakin bununla yanaşı, öz səhlənkarlıq və laqeydliyinin məsuliyyətini sinoptiklərin üzərinə atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq. Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur. Bu ili sonunadək dövlət investisiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq”.

Departament direktorunun sözlərinə görə, Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir: “Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə bizi tez-tez sınağa çəkdiyi zamanda yalnız sahələrarası düzgün əlaqələndirilmiş iş sayəsində ola biləcək insan itkisinin qarşısını almaq mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yubileyini qeyd edəcək Neft Daşları stansiyasının avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər  idarə etməlidir. Bu mütəxəssislərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlı və insanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik”.(APA)

 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Hamısı