Prezident Elçin Quliyevlə bağlı sərəncam imzaladı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Prezident Elçin Quliyevlə bağlı sərəncam imzaladı

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında" sərəncam imzalayıb.
 
Eurasia Diary xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu təltif edilib. 

Təltif olunanlar arasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də var. DSX rəisi 1-ci dərəcəli “Rəşadət” ordeninə layiq görülüb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...