Bahar Muradova "Hamımızı bu "taleni" dəyişmək üçün dövlətimizə dəstək olmağa çağırıram"

Cəmiyyət 17:35 16.08.2019

YEDDİ PARA - YAĞLIVƏND
(Nənəmizin kəndi)

Hər zaman kənddən və orada yaşayanların məşğuliyyətindən söhbət düşəndə anamın bir sözü daim qulaqlarımda səslənir. "Yaxşı ki, o vaxtı məcbur olub şəhərə (yəni rayon mərkəzinə) köçdük, atanız kənd adamı deyildi. Yoxsa bir belə uşağı saxlayıb böyütmək, oxutmaqmı olardı?
Bir neçə dəfə şəhərə məcburi köçmələrinin səbəbini soruşsam da, "uzun əhvalatdır, böyüyəndə danışaram ", demişdi. Hər dəfə də bərk-bərk tapşırmışdı:

-Nəbadə atanızın yanında bu barədə söhbət açasınız ha, yadınızda qalsın ki, o bu mövzuda danışmağı xoşlamır.

Görəsən nə baş verib ki, anamın təbirincə desək, gecəynən kəndi tərk etməli olublar. Bəs oradakı evimiz necə olub, bu illər ərzində niyə biz o evi görməmişik?... Ümumiyyətlə isə mən o kəndi ilk dəfə 11 yaşımda bir neçə günlük Lələlidə yaşayan Telli xalamgilə gedərkən görmüşdüm.
Onda da bizim evimizin yerini bilirmi deyə soruşanda, “yox, mən bilən sizin yurdunuzda indi ev yoxdur" cavabını almışdım. Cavabın məni qane etmədiyini gördükdə isə, "atangilin məhləsi kəndin o biri başındadır, düzü oraları yaxşı tanımıram ", demişdi.

Atam Yeddi para adlanan bu kəndin sakinlərinə Muradxanlılar deyilən "Kovxalı" məhəlləsində dünyaya göz açmışdı. Özü də hələ doğulmamış atası Camal kişi ailəsinə əlvida deyərək bu dünyadan köçmüşdü. Anası, Rənşəllili Allahverdi kişinin qızı Bəyim nənəm də bu məhəlləyə "gəlmə" sayılırdı. Hələ lap gənc yaşlarından həddən artıq gözəlliyi və zirəkliyi ilə seçilirmiş. Camal babamın birinci evliliyindən qalan bir oğlunu özünün dörd övladından seçməyən nənəm ailəsi üçün bütün çətinliklərin öhdəsindən layiqincə gəlirmiş. Lakin ötən əsrin iyirminci illərində inqilab sonrası kəndlərdə gedən ictimai-siyasi proseslər, insanların yüz illər ərzində adət etdikləri həyat tərzinin dəyişməsinə səbəb olmuş, az qala hər kəs şəxsi həyatını, qohumluq münasibətlərini, həyət bacasında nə əkib becərməsini, necə heyvan saxlamasını da Şura hökumətinin planlarına uyğun qurmaq məcburiyyətində qalıbmış. Getdikcə vəziyyət daha da ağırlaşmış, kolxoz quruculuğu ilə isə qaydalar daha da sərtləşibmiş.
Hər evdən ən azı bir nəfər kolxozda işləməli, üstəlik də çoxsaylı vergilər ödəməliymiş.

Həm kolxozda işləmək,həm də uşaqlara baxmaq onsuz da çətin durumda olan nənəmi çıxılmaz vəziyyətə salıbmış.
Bir sözlə nənəm bu dünyanın bir çox sevincini, daha çox sayda isə kədərini və ağrılarını 100 ildən artıq yaşamış tipik Azərbaycan qadını idi. Yazı-pozu bacarmırdı. Nə məktəb üzü görmüşdü, nə də ki hesab bilirdi.

Yaşadığı regionun ərazisindən yalnız bircə dəfə bir necə günlüyə kənara çıxmışdı. O da oğlu Cavad Böyük Vətən Müharibəsində yaralanıb Bakıdakı hospitallardan birində müalicə olunarkən başılovlu onu yoluxmağa gəlmişdi.

Bakı şəhəri də yaddaşında elə o hospitaldan ibarət olaraq qalmışdı. Mən dəfələrlə ondan bu səfəri haqda danışmasını istəyəndə, göz yaşlarını saxlaya bilmədən "nənəsi ölsün Cavadın, nə yaşadı, nə gördü ki" deyərdi. Bir daha o hadisəni bütün təfərrüatına qədər əzbərləmiş kimi danışar, sanki cavan ömrünə son qoymuş bədənindəki çoxsaylı qəlpə yaralarını indi görürmüş kimi əlləri ilə üzünü qapayaraq, için-için ağlayardı. Sonra da göz yaşlarını silərək, “pinə eləmirəm balalarım var" deyərdi. Və hər dəfə də sözünü "kərəminə şükür ilahi," deyə bitirərdi.

Böyük oglu Sərxan müharibədən qayıtmamışdı. Heç qara kağızı da gəlməmişdi. İtkin düşüb demişdilər. Səfixan adlı oğlu, Nisə adlı qızı qalmışdı. Nənəm daim onların boyunu sevər, "Sərxanımın yadigarlarıdır" deyərdi. Üstündən illər keçməsinə baxmayaraq sağ olduğunu düşünər, bir gün geri qayıdacağına ümid bəsləyərdi.
Onun haqqında danışanda isə ağladığını heç görməmişdim. Hər dəfəsində gözlərini uzaq məchul nöqtəyə dikərək "Sərxan balam məndən getdi", sonra da "kərəminə şükür, ilahi, özün bilən məsləhətdir" deyərdi.

Özünün söylədiyi kimi qənirsiz gözəl olan qızı Əzizin faciəli taleyi ilə isə bütün ömrü boyu barışa bilmədi. Gecələri xısın-xısın ağladı, gündüzləri isə buna bais olanları sevindirməmək üçün başını dik tutdu.
Ümid yeri isə ən cox sevdiyi üçüncü oğlu Əvəz idi. Zatən artıq sevmək üçün də ondan başqası qalmamışdı. Nəsibinə atasızlıq düşmüşdü atamın. Çox çətin uşaqlıq və yeniyetməlik dövrü keçirmişdi. Erkən yaşlarından çox parlaq istedadı olduğu məlum olmuşdu. Gözəl səsi, baməzə söhbətləri və ünsiyyətcilliyi ilə qısa müddət ərzində nəinki rayonda, hətta ətraf regionlarda belə məşhurlaşmışdı. Artıq el şənliklərində iştirakı və mükəmməl ifaçılıq qabiliyyəti ilə əsil xanəndə olacağına böyük inam formalaşdırmışdı. Və elə olmuşdu da. El sənətkarlarından öyrəndiklərini daha sonralar ustadı Seyid Şuşinskidən aldığı dərslə daha da möhkəmləndirmişdi.

Bəyim nənəm bu vaxtadək itirdiklərini Əvəzdə tapacağına inanmağa başlamışdı.
Amma deyir sən saydığını say.....
Demə nənəmin görəcəkləri hələ qabaqda imiş. Ciyərparasının istedadı, get-gedə məşhurlaşması, səsini yazdırmaq üçün Bakıdan dəvətlər alması bədxahlarını hərəkətə gətirmiş, sənət yarışında ondan geridə qalanlar toy şənliklərinin birində erməni kamançaçının əli ilə ona sürmə vermiş, səsinin batırılmasına nail olmuşdular.
Binəva nənəmin əzablarının sayı-hesabı yox idi. Gecə-gündüz ağlamaqdan gözlərinə qara su gəlmişdi. "Kərəminə şükür ilahi," təki canı sağ olsun, quru nəfəsini balalarının üstündən əskik eləmə," deməkdən başqa çarəsi qalmamışdı.

Bu sözləri onun dilindən cox tez-tez eşidərdim. Əli hər yerdən üzüləndə, həyatının bütün mərhələlərində zamanı üçün əcaib hesab etdiyi hadisələrlə rastlaşanda, kasıb qohum-qardaşlarının son ümid yeri saydıqları əkin-biçinlərini leysan, dolu aparanda, quraqlıq nəfəslərini kəsəndə ilahinin kərəminə bel bağlayardı. Qonşu toyuğuna daş atılanda, başqasının malına xor baxılanda, övlad valideyn üzünə ağ olanda, böyük-kiçik, yaxşı-yaman bilinməyəndə, ağsaqqal-ağbircək öyüdünə etina edilməyəndə yenə "kərəminə şükür ilahi", gələrdi dilinə nənəmin.

Faşizmin əlindən aldığı iki oğlunun və talesiz qızının itkisindən yanıb-qovrularaq, sağ qalanlar üçün hələ də qorxduğunu söyləyəndə kitabdan oxuduqlarımı ona danışar, təsəlli tapması üçün nə Hitlerin nə də faşizmin daha bizə gücü çatmayacağını deyərdim. O isə dərindən köksünü ötürər, "kərəminə şükür ilahinin, düşmən evimizin icindədir" deyərdi.
Sonralar bir çoxumuz bu düşmənin kim olduğunu anlayacaqdıq, amma mən bir də onu anlayacaqdım ki, yazıq nənəm heç də təkcə evimizə, süfrəmizin başına yol tapmış erməniləri deyil, eləcə də erməniçiliyə xidmət edən, sapı özümüzdən olan baltaları da nəzərdə tuturmuş.

Mənim zamanında sadəlövh hesab etdiyim, amma zaman-zaman cox müdrik insan olduğunu hələ də dərk etməkdə olduğum biçarə nənəm!
Necə də ağır, məşəqqətli bir tale yaşadın. Yaxınların, doğmaların üçün uzaq düşməndən daha çox yaxın soydaşlarının törətdikləri səni daha çox ağrıtdı. Gözünün qarşısında, həyatda olan Əvəzinin dərdi qəlpə yarasından həyata əlvida deyən Cavadının və itkin Sərxanının dərdindən daha ağır gəldi sənə. Erməni-müsəlman davalarında itirdiklərin yalan oldu.

Tanıyıb-bildiklərinin ,hətta doğmalarının belə biganəliyi, göz götürməzliyi sənə daha çox əzab verdi.
Kərəminə şükür dedin ilahiyə, bütün bunları necə götürürsən, deyə qəzəb püskürdün. Bəzən asi düşdün. Yaxşı xatirimdədir, anam bu asi düşmələrindən yaman qorxardı. Tanrıya dua edər, səni bağışlamasını istərdi.
İndi nə sən varsan, nə də sənə görə tanrıya minnətci düşən anam. 

Bir zamanlar nəinki qonşuluğa xilaf çıxan təcavüzkar ermənilərə acıq döyüşlərdə qan udduran, eləcə də uzaq tarıxdə Əmir Teymurun qoşunlarına "yağlı fəndlə" üstün gəlməyi bacaran fəndgir və cəsur övladlarının onu düşmən tapdağından xilas edəcəyi günü gözləyən doğma kəndin Yağlıvənd də sənin kimi yüz minlərlə nənələrimizin, on minlərlə şəhər və kəndlərimizin acı taleyini yaşamaqdadır. Bədxahlarımız isə hələ sağdırlar və təəssüf ki, bu dünya durduqca da duracaqlar.
İndiki halda səni təkrar etmək və sənin yerinə “Kərəminə şükür ilahı" demək istəmirəm.

Çünki indi BİZ varıq.

Dil və Əməl birliyi olan Xalqımız vardır. Ən əsası hamımızı bir ideya, bir məqsəd uğrunda birləşdirməyə qadir olan bir məmləkitimiz vardır.
Odur ki, hamımızı bu "taleni" dəyişmək üçün DÖVLƏTİMİZƏ dəstək olmağa çağırıram.

Bahar Muradova, 

Milli Məclis sədrinin müavini

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Hamısı