İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
Bildirilirb ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən “MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə təyyarənin qalıqlarının çıxarılmasını əks etdirən video yayılıb.