Bakıda bacı-qardaşı oğurlayan qadına cinayət işi açıldı - RƏSMİ | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Bakıda bacı-qardaşı oğurlayan qadına cinayət işi açıldı - RƏSMİ

Cəmiyyət A- A A+

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanından itkin  düşən bacı-qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.

Uşaqları özü ilə Bərdəyə aparan Nargilə Quliyeva adlı qadın isə artıq saxlanılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

İdarənin məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Məlum olub ki, Nargilə Quliyeva adlı qadın uşaqları valideynlərindən icazəsiz olaraq özü ilə Bərdəyə aparıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

İstintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İctimai təhlükəli əməldə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...