Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 09:00 21.08.2019

VI MƏQALƏ

(Əəvvəlki məqalələrə buradan baxa bilərsiniz)

XX əsrin 30-cu illərindən başlayaraq İranda fars dilindən başqa digər dillərdə yazmaq qadağan olundu. Türk dili xüsusilə ciddi nəzarət altına düşdü. Türklərin assimlyasiya olunmasına start verildi. İran tarixçilərini daha çox qorxudan Azərbaycan Səfəvi dövləti və onun banisi Şah I İsmayıl idi. Çünki o, Azərbaycan türklərinin tarixi arzusunu gerçəkləşdirib Azərbaycan Səfəvi dövlətini yarada bilmişdi. Bax, İran bundan qorxurdu. Buna görə də İran tarixçiləri bu dövləti daha çox şiə dövləti kimi təqdim edir, türkçülükdən danışmırdılar. Əli Şəriətidən tutmuş hamısı bu xətti davam etdirirdilər. Ortaya “şüubiyyə”ni atdılar. Amma “şüubiyyəni” də fars maraqlarından izah etməyə çalışdılar. Onların təbirincə, “şüubiyyə” Sasanilər zamanında ərəb işğalına qarşı yönəlmiş bir mübarizə, yəni hərəkat forması idi ki, farsçılığın qorunub saxlanmasına xidmət edirdi. Azərbaycan tarixşünaslığında “şüubiyyə” məsələsinə ilk dəfə önəm verən Şeyxülislam Allahşükür Paşazadə olmuşdur. O, “İslamda ümmət və şüubilik” adlı əsərini yazmaqla bu hərəkatın nə olduğunu və məqsədini İran tarixçilərindən fərqli olaraq obyektiv şəkildə təqdim edə bilmişdir. A.Paşazadə yazır: “Şüybiyyə istilahı şü`ub (xalqlar) ərəb sözündən düzəltmədir və görünür, Qurani-Kərimin mübarək “Biz sizi xalqlar və qəbilələr qıldıq” (Hücurat, 13) ayəsi ilə əlaqədar olaraq meydana çıxmışdır. Qeyd edilən ayədəki “xalqlar” kəlamı şüubi ovqatlı qeyri-ərəb müsəlman mütəfəkkirləri tərəfindən qəbiləyə nisbətən daha geniş, “açıq”, dönməli, daha “mədəni” insan birliyi forması kimi dərk edilir və bu mənada da qəbilələr (qəbail) kəlamına qarşı qoyulurdu”.

Bununla bağlı R.Əliyev özünün “Şeyxülislam, İctimai xadim, Alim” adlı əsərində A.Paşazadənin yazdığı əsərə toxunaraq qeyd edir: “Bu əsər orta əsr müəslman mədəniyyətinin genezisi və dinamikasının, bu mədəniyyətin təşəkkülündə etnik olanla dini olanın nisbəti məsləsinin tədqiqi baxımından olduqca əhəmiyyətli əsərdir. Əsərdə ilk dəfə olaraq din ümumiliyi ideyasına əsaslanan siyasi-ideoloji təsisat kimi ümmətlə qeyri-ərəb müsəlman xalqlarının Xilafətə və ərəb təəssübkeşliyinə qarşı yönəlmiş siyasi hərəkatı kimi şüubiliyin qarşlıqlı təsiri müxanizmi araşdırılır, şüubilik islamdan kənar, yaxud islama zidd fikir cərəyanı kimi deyil, ərəb milli təəssübkeşliyinə qarşı yönəlmiş bir hadisə kimi qiymətləndirilir” . R.Əliyev islama aid başqa bir kitabında yazır ki, “İslamın Qərbi Ərəbistanda meydana gəlməsi, ərəb qəbilələri arasında qısa bir zaman içərisində bütün Ərəbistanı öz bayrağı altında birləşdirməsi, Ərəbistan yarımadası hüdudlarını aşaraq Asiya, Afrika və Avropanın bir çox ölkələrində yayılması” məlumdur. Bu dinin banisi və onun insanlara çatdırılmasında Allahın elçisi seçilən, dünyanın ən möhtəşəm peyğəmbər kimi tanıdığı Həzrəti Məhəmməd (s.ə.s.)dir. Bu məsələyə toxunan A.Paşazadə yazır ki, “İslam dininin Müqəddəs kitabı-Qurani-şərifin bir çox ayələri sübut edir ki, İslam yalnız ərəblərə yox, bütün insanlar, bəşər nəslinə nazil edilmiş bir dindir. Müxtəlif xalqların bu dini asanlıqla, demək olar ki, sülh yolu ilə qəbul etməsi də islamın cahanşümul keyfiyyətlərinə dəlalət edir”. Bu məsələ “Qurani-Kərim”in müqəddəs surələrində də öz əksini tapmışdır. “Ən-Nəhl” surəsində deyilir: “(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (28, “ən-Nəhl”, 125). Bəllidir ki, ilk islam dövləti kimi Xilafət də tarixə Ərəb dövləti kimi daxil olmuşdur.

İslam o zamanlarda yayılarkən ərəblər arasında iki meyl özünü göstərirdi. Bu məsələyə özünün yazmış olduğu dissertasiyada toxunan Əlirza Qafarov qeyd edir ki, “Birinci meyl tərəfdarları islamın yayılmasından qənimət toplamaq və varlanmaq məqsədilə istifadə edənlər, ikinci meyl tərəfdarları isə islamın təbliğinə qoşulmaqla bu dinin ümumdünya risaləsinin gerçəkləşməsinə kömək etmək niyyətində olanlardır. Həqiqətən də İslamı mənfəət naminə qəbul edənlərlə bağlı Quranın “əl-Hucurat” surəsində gözəl buyrulur: “(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!”- dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, isalmı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatlarınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (29, 75; 30, “əl-Hücurat”, 14). Bu meylləri birər-birər təhlil edən Şeyx həzrətləri belə qənaətə gəlir ki, qənimət toplamaq və varlanmaq məqsədi güdən ərəblər qeyri-ərəb müsəlman xalqlarına “məvali” – yəni himayə altında olanlar, azad edilmiş qul, nökər kimi münasibət bəzləyərək özlərini onlardan yüksək tutmağa çalışalar da, ikinci meylin tərəfdarları islamın təbliği ilə məşğul olub onun ümumdünya çevrəsinin genişlənməsi və bunun nəticəsində təşəkkül tapan müsəlman ümmətinin birliyinə, onların arasında bərabərliyin bərqərar olmasına çalışmışdır. Bu barədə Qurani-kərimin “əl-Hücurat” surəsində verilən ayədə buyurulmuşdur: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lğa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, rişxənd olunanlar daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-biriniz pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etmyənlər zalimlərdir! (Özlərinə zülm edənlərdir!) (30, “əl-Hücurat”, 11). Tarix sübut edir ki, qeyri-ərəb müsəlmanlara təkəbbürlü ərəblərin bu cür münasibəti bir mənalı olmamışdır: bu xalqlar islamı qəbul etsələr də, Allahın Rəsuluna, Quranı-kərimə iman gətirsələr də, ərəblərin onların üzərində üstün olmaq iddialarını qəbul etməmiş, həmişə kütləvi halda öz etirazlarını bildirmişlər. Bu cür çıxışlar, etiraz islam tarixində “Şüubilik”, yəni “xalqçılıq” hərəkatı kimi qeyd olunmuşdur. “Şüub” sözü ərəbcədə, ərəb qəbilələrini (qaba’il), ərəb olmayan (əl-əcəm) qəbilələr mənasında işlənmişdir. Bu baxımdan Şüubiyyə, ərəb qüruruna rəqib olan və ya ərəb olamayanları ərəblərdən üstün tutan ərəblərə nifrət edən firqə idi” . 

Şeyx həzrətləri Şüubilik hərəkatının tarixinə nəzər salanda vurğulayır ki, bu hərəkatın nəticəsində ərəb qəbilə təəssübü xalq təəssübünə çevrilmişdir, lakin bütün bunlara baxmayaraq hakimiyyətdə hansı xalqın nümayəndələri üstünlük təşkil etmişlərsə, Xilafətdə də həmin xaqın təəssübünə uyğun siyasət yeridilmişdir. Şeyx həzrətlətləri buna misal olaraq qeyd edir ki, Əməvilərin hakimiyyəti dövründə ərəblər, Abbasilərin xilafəti zamanında isə əvvəlcə fars, sonra türk təəssübkeşliyi üstünlük təşkil etmişdir. Doğrudan da xilafətdə ictimai ədalət, hüquq bərabərliyi məsələləri mühüm yer tutsa da, ərəblərin başqa xalqlara münasibətində şovinist əhval-ruhiyyə qalmaqda idi. Əlbəttə ki, belə məqamda azadfikirli əcəmi (qeyri-ərəb) şairlərin, alimlərin ilkin orta əsrlərdə mühüm tənqid hədəfinə çevrilmiş ərəb şovinizminə qarşı Şüubilik (əş-Şüubiyyə) kimi bir hərəkatın yaranması təbii idi”. 

Yekun olara qeyd edək ki, A.Paşazadənin Şüubilik haqqında bu fikirləri reallığı tam əks etdirir: “İstət islam fikir tarixində, istərsə də müasir tədqiqat əsərlərində şüubulik bir çox hallarda islam hüdudlarından kənara çıxan, islama zidd olan bir hərəkat kimi həzərdən keçirilir. Hər halda, bəlkə də kiməsə tutarlı görünən bu iddianın tənqidi təhlili oluqca mühümdür. Təbiidir ki, Şüubiliyin milli olana birinci dərəcəli əhəmiyyət verməsi, “milli şüura” yönəldilmiş olması Qurani-Kərimin açıq-aşkar dəlilləri əsasında ümməti bütün möminlərin vahid icması kimi qavrayan ardıcıl islam nöqteyi-nəzərindən məqbul sayıla bilməz, igər tərəfdən isə, “milli olan” haqqında islam təsəvvürlərinin təhlili göstərir ki, islam “xalq” və “qəbilə” kimi insan birliyi formalarını rədd etmir – Hidayət Kitabına görə , bu cür birliklərin varlığı feli-İlahinin ayətlərindəndir. Deməli, şüubiliyin qövmiyyət yönümü onun “islama zidd” səciyyə daşıdığına dəlalət etmir və bu barədə irəli sürülən hər hansı bir iddia mübahisə doğurmaya bilməz. Zənnimizscə, Şüubiliyi hər halda islam hadisəsi kimi nəzərdən keçirmək daha düzgün olardı: bu hərəkat yalnız islam dövründə meydana gəlmiş və heç vaxt darülislam hüdudlarından kənara çıxmamışdır; Şüubilik siyasi-məfkurəvi və ictimai-psixoloji hadisə kimi islamın yayılması və ümmətin çoxmillətli ictimai orqanizm kimi meydana çıxması şəraitində təşəkkül tapmışdır; Şüubiliyi qidalandıran birinci amıl müsəlman xalqlarının ümmətdən kənarda deyil, məhz ümmət daxilində özünətəsdiq cəhdi olmuşdur. İstər ərəb mütəfəkkirləri tərəfindən məfkurəcə əsaslandırılan “mərkəzin şüubiliyi”, istərsə də əcəm əql-zəka sahiblərinin təbliğ etdikləri “əyalətlərin şüubiliyi” miras alınmış mədəni ənənələrin müdafiəsinə yönəldilmiş olsalar da, “hər iki firqə islam hüdudları daxilində fəaliyyət göstərir və ərəb dilindən istifadə edirdi. Nə farslar, nə də onlardan nümunə götürən nəbətiyyəlilər, qibtilər, bərbərlər və həbəşlər özlərini inqilabçı elan etmirdilər; onlar yalnız ümmət daxilində öz mövqelərini müdafiə edirdilər. IX əsrdə İran əyalətlərinin əksər hallarda mərkəzi hökumətin birbaşa nəzarətindən yayınıb bilə-bilə öz spesifik keyfiyyətlərini qoruyub saxladıqlarına və təbliğ etdiklərinə baxmayaraq, şüubilərin fars dilini inkişaf etdirdiklərinə dair sübut-dəlil yoxdur”. 

Şüubilər özləri də mötədil (mülayim, mütanasib), və ifratçılar (həddi-hüdudu bilməmə) olmaq baxımından iki qismə bölünürdülər. Birincilər üçün ərəblərlə başqa xalqlar arasında heç bir fərq olmadığı və onlar ictimai bərabərliyi təbliğ etdikləri halda, ikinci qism tərəfdarları isə ərəbləri hər hansı cəhətdən öz xalqlarından aşağı sayırdılar. Təbii ki, islam Xilafət daxilində baş verən bu hadisələrdən çox-çox uzaq olmuşdur, çünki bütün çağlarda islam xalqları birliyə, həmrəyliyə, qardaşlığa çağırmışdır. Müqəddəs Qurani-kərimdə deyilir: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (30, “əl-Hücurat”, 10). Bizim “Şüubiliyə” bu qədər yer verməyimiz saxta İran tarixçilərinin uydurmalarına cavab vermək idi. Saxta İran tarixçiləri Şüubiyyəni Sasanilərdən qalma bir hərəkat kimi təqdim edir və səfəviləri də ona bağlamaqla səfəvilərin Azərbaycan Türk dövləti olmasına kölgə salmağa çalışırlar. Amma Şüubiyyəni Səfəvilərə tətbiq etmək nə dərəcədə düzgündür? Əgər Səfəvilərin başlıca amalı Azərbaycan dövlətini ortaya qoymaq idisə, hansı Şüuibiyyədən söhbət gedə bilər. Qızılbaşların ətrafında formalaşan Türk tayfalarımı Şüubiyyə ideologiyası ətrafına birləşmişdi? O zaman ərəbizm var idimi? Əksinə, Şah İsmayıl Xətai özünü həzrəti Əli (ə)nin məhzəri sayır və münasibətlərində islamdan gələn əxlaqı təcəssüm etdirirdi. Təpədən-dırnağa qədər sufi kimi yetişdirilən bir insana Şüubiyyə ideoloqu kimi baxmaq nə dərəcədə düzgündür? Səfəvi-Qızılbaş ailəsinə aid bir dənə fars tayfası göstərə bilərsinizmi? Səfəvilərdə olan şiəlik İslam dini baxımından necə araşdırılıbdır? Orta əsrlər üzrə bütün Qərb tarixçiləri vurğulayırlar ki, indiki İran şiəliyi ilə orta əsrlər şiəliyi arasında eynilik yoxdur. Orta əsrlər şiəliyi daha çox sufizmə yaxın idi. İndiki İran şiəliyi isə siyasi maraqlara xidmət edən bir ifrat cərəyana çevrilibdir ki, bunu kökündə də farsçılıq dayanır. Səfəvi mənbələri birmənalı şəkildə vurğulayır ki, Şah I İsmayıl sufilər içərisində böyümüş və tərbiyə almışdı. Bütün dinlər haqqında ona bilgilər verilmiş, səmavi kitabları əzbərlətmişdilər. O, bir sufi kimi yetişdirilmişdi. Xürrəmiliyə, Hürufiliyə, Bəktaşiliyə rəğbəti çox yüksək idi.

Burada bir məsələyə toxunaq ki, türklər müsəlmanlığı basmaqəlib bir din olaraq qəbul etməmişlər. Bu dini özlərinin kültür və mədəniyyət nümunələri ilə zənginləşdirmişdilər. Bəktaşilik, Qızlıbaşlıq (Ələvilik), Tahtacılıq kimi müsəlmanlığı qədim Türk tayfalarının dini ənənləriylə qarışdıran təriqətlərin inanc və törənlərində Türk zehniyyəti nəzərə çarpmaqdadır. Sərbəst düşüncəyə, gözəl sənətlərə, ədəbiyyat və müsiqiyə baş yer verməklə topluluq həyatı yaşamaq, böyüklərə sayğı, möhtəşəm bir nizam, qardaşlıq, qarşılıqlı münasibət, qarşılıqlı inam, azad düşüncə, azad ruhlu Türk ənənələri bu təriqətlərin təməlində vardır. Bu mənada Qızılbaşlıq”la “Şühibiyyə”ni müqayisə etmək yalnız xüsusi məqsədlərdən irəli gəlirdi. Bir məsələni də diqqətinizə çatdıraq ki, İndiki İran şiəliyi siyasi bir cərəyana çevrilmişdir, ona daha çox fars ənənələri əlavə olunmaqla, İran İslam dövlətinin maraqlarına xidmət edir. Maraqlıdır ki, İranda aparılan bu ideoloji xətt öz işini görmüşdür. Bu gün Azərbaycanın Güneyində yaşayanlarda Şah I İsmayıla, Səfəvilərə qarşı bir antipatiya var və onları molla qismində görürlər. Burada tarixi reallıq yada düşür. Tarix o deyil ki, təkcə onu öyrənəsən və hadisələri biləsən. Tarix odur ki, nəticə ortaya qoyasan. İran bu nəticəni ortaya qoydu. Azərbaycanın Güneyində Səfəvilərə qarşı münasibətdə istədiyinə nail oldu. Amma Quzeydə bu baş vermədi. Bu da yuxarıda qeyd etdiyimiz kimi, SSRİ-nin o zaman İrana olan münasibəti və Azərbaycan dövlətlərini, o cümlədən Azərbaycan Səfəvi dövlətini gündəmə gətirməsi idi. Bu mənada Səfəvilərə münasibətdə Güney və Quzeydə yaşayanlar arasında fərqlilik yarandı. Bu da bir faciədir! Bizim üzərimizə düşən öhdəlik də bundan ibarətdir ki, bu ideoloji sistemi darmadağın edək. Artıq bu istiqamətdə ciddi işlər gedir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda bu məsələ nəinki həllini tapıbdır, əksinə qardaş Türkiyə tarixçilərinin bir çoxu da bizim səsimizə səs verirlər. Hesab edirik ki, bu məsələ tezliklə öz həllini tapacaqdır və İran tarixşünaslığının yalanları puç olacaqdır. Bu gün də İran tarixşünaslığı bu istiqamətdə işlər aparır. Lakin unudurlar ki, artıq müstəqil Azərbaycan tarixşünaslığı vardır və həmişə onlara layiqli cavablar verənlər yetişibdir.

Azərbaycan Səfəvi dövlətinin yaranış yolu uzun yüzilliklərdən keçmişdir. XII əsrdən sonrakı sufi təriqətləri içərisində «Səfəviyyə» Azərbaycanın siyasi ictimai həyatında və fəlsəfi-ədəbi fikir tarixində mühüm rol oynamışdır. Şeyx Səfiəddindən başlayıb Şah İsmayıla qədər uzanan bu hərəkatın nəticəsi olaraq 1501-ci ildə Azərbaycan Səfəvilər dövləti qurulmuşdur. Səfəvilərin iqtidara gəlməsinə qədər keçən 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. Ümumilikdə isə, Azərbaycan nəinki sufi cərəyanlarının toparlaşdığı ərazi olmuş, eyni zamanda bəşər elminə sufi sistemində özünəməxsusluğu ilə seçilən «Xürrəmilik», «Hürufilik», “Xəlvətiyyə”, «Səfəviyyə» kimi təriqətləri bəxş etmişdir. «Xəlvətiyyə» təriqəti onun ikinci piri sayılan Seyid Yəhya Bakuvinin hesabına daha da məşhurlaşmış, Azərbaycan sərhədlərini aşaraq, Osmanlı imperiyasında rəsmi status almışdır. Bu təriqətlər içərisində «Səfəviyyə» təriqəti xüsusi olaraq seçilmiş, məhz bu təriqətin bazasında sonralar meydana çıxan «Qızılbaşlıq» hərbi-siyasi-dini doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi sekulyar bir dövlət qurulmuşdur. Beləliklə, orta əsrlərdə tarix səhnəsində analoqu olmayan bir dövlət Dünya xəritəsində özünə yer almışdır. Bu istiqamətdə rol oynayan əsas faktor həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və «Qızılbaşlığa» sadiq olmalarıydı.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı