Komitə sədri Fuad Muradovun Kanadada biznesi var? - Maraqlı iddia | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Komitə sədri Fuad Muradovun Kanadada biznesi var? - Maraqlı iddia

Cəmiyyət A- A A+
"Bildiyim qədərilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, 24 yaşından deputat seçilmiş gənc və perspektivli Fuad Muradov indiyədək ən uğurlu işlərini Kanadada qurub". 
 
Eurasia Diary Mia.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb. 
 
O, komitə sədrinin Kanadada biznesi olduğuna eyham vuraraq, yazıb ki, o vaxtlar, yəni deputat olduğu dövrlərdə Fuad Muradov Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
 
Jurnalistin sözlərindən belə anlaşılıb ki, onun "perspektivləri Kanadadadır".
 
Jurnalistin digər diqqət çəkən statusu isə Kanadadakı diplomatlarımızla bağlı olub. Lakin hansısa səbəbdən həmin status sonradan silinib.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...